Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Günün xəbəri

HK sədri “Neftçi”nin matçındakı mübahisəli epizodu şərh etdi

 

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən “Neftçi” – “Kəpəz” (1:0) oyunundakı penalti epizoduna münasibət bildirib.

Yenixeber.org xəbər verir ki, o, 58-ci dəqiqədə bakılıların hücumçusu Bassalu Sambuya göstərilən qırmızı vərəqə qərarını dəyərləndirib.

Belçikalı mütəxəssis VAR-ın müdaxiləsini haqlı hesab edib: “Neftçi”nin hücumu zamanı bu komandanın 9 nömrəli futbolçusu Bassalu Sambu topla irəliləyərək, rəqib cərimə meydanına daxil olur, bu zaman “Kəpəz”in 8 nömrəli oyunçusu Elmir Tağıyev onunla top uğrunda mübarizəyə girir. Hücumçu topa toxunduqdan sonra orta intensivliklə müdafiəçinin ayağına (açıq ayaq, şiplərlə irəli, kontaktın yeri yuxarı) vurur. Bununla o, müdafiəçinin sağlamlığını təhlükə altına atır. VAR müdaxiləsi və hakimin bu ciddi qayda pozuntusu üçün qırmızı vərəqə qərarı dəstəklənir.

Əgər müdafiəçinin ayağına tam təmas yox, sadəcə yüngül təmas olsaydı və ya ayağını sürtsəydi, o zaman təmas üçün sarı vərəqə qərarı qəbul edilə bilərdi”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Sambuya 2 oyunluq cəza verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam