Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

NATO çat verdi -Bu ssenariyə qarşı hansı effektiv tədbirlər görülə bilər?

news content


ABŞ və Avropa arasında dərin fikir ayrılığı - Şimali Atlantika Bloku parçalanma ilə üz-üzə

Yenixeber.org: Şimali Atlantika Bloku (NATO) Ukraynaya dəstək məsələsində ABŞ və onun Avropadakı müttəfiqləri arasında yaranan fikir ayrılıqları səbəbindən hazırkı formada mövcudluğunu dayandıra bilər.

The Daily Telegraph qəzetinin məlumatına görə, bu fikri NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin keçmiş ali baş komandanı admiral Ceyms Stavridis səsləndirib.

“Biz NATO-nun sonunu və onun yerində Avropa Müqaviləsi Təşkilatı adlandırıla biləcək qurumun yaranmasını görə bilərik”, – deyə o bildirib.

Stavridis qeyd edib ki, ABŞ prezidenti Donald Tramp Vaşinqtonun artıq Kiyevə hərbi yardım göstərmək istəmədiyini açıq şəkildə ifadə edib. Onun fikrincə, bu, çox böyük miqyasda geosiyasi səhvdir. “İndi Avropa üçün yaşıl işıq yanır və onlar bu məsələni öz üzərilərinə götürməli olacaqlar”, – deyə admiral əlavə edib.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya münasibətdə tutduğu mövqe və müdafiə xərclərini artırmaq üçün Vaşinqtonun Avropadakı müttəfiqlərinə göstərdiyi təzyiq alyansın əsasına zərbə vurur və NATO daxilində qarşılıqlı etimad məsələsini sual altına alır.

Stavridis hesab edir ki, ABŞ özü də NATO-dan kənarda daha az təhlükəsiz olacaq.

Bəs keçmiş NATO komandanının bu proqnozlarını nə dərəcədə ciddi qəbul etmək olar? Dünyanın ən güclü hərbi bloku olan NATO-nun həqiqətən də dağılma ehtimalı varmı? Axı, bu baş verərsə, beynəlxalq təhlükəsizlik sistemində tamamilə yeni bir reallıq yaranacaq.

ABŞ istisna olmaqla, Ukrayna və bütün Qərb dünyası bu ssenariyə qarşı hansı effektiv tədbirlər görə bilər?

Bu suallarımıza tanınmış ukraynalı analitiklər münasibət bildiriblər.

Kiyevdə yerləşən “Strategiya XXI” mərkəzinin hərbi eksperti Pavlo Lakiçuk Stavridisin proqnozlarını tamamilə real hesab edir.

“NATO-nun mövcudluğu bir çox dövlətə böyük üstünlüklər verir. Lakin alyans daxilində ciddi səhvlər özünü göstərir.

Avropada yeni formalaşmaqda olan təhlükəsizlik strukturlarına gəldikdə, onlar müəyyən müddət ərzində simbioz şəklində NATO ilə yanaşı mövcud ola bilər”, – deyə Pavlo Lakiçuk bildirib.

Digər tərəfdən, jurnalist və bloqer Roman Tsımbalyuk artıq NATO daxilində çatların yarandığını vurğulayıb.

“Donald Trampın prezident olduğu ilk gündən etibarən hər şeyin sadə olmadığı və ABŞ-ın Avropaya yardım edə bilməyəcəyi ilə bağlı müəyyən siqnallar verməsi Avropa İttifaqında yeni prosesləri işə saldı. Bu nə deməkdir?

İnsanlar Trampın və Vensin Zelenski ilə necə danışdığını, onların Moskvaya birtərəfli güzəştlər tələb etdiyini gördülər və özlərini Zelenskinin yerində təsəvvür etdilər. Buna görə də Avropa ciddi şəkildə ayıldı.

Avropa öz təhlükəsizliyini ABŞ olmadan təmin edə bilərmi? Tamamilə mümkündürAxı, Avropada iki nüvə dövləti var – Böyük Britaniya və FransaSənaye inkişaf edib, insan resursları böyükdür.

İndi tez-tez belə bir zarafat səslənir: 500 milyon avropalı, 350 milyon əhalisi olan ABŞ-dan onları 140 milyonluq ruslardan qorumağı xahiş edir. Diqqət! Reallıqda dünyanın ikinci ordusu iddiası ilə üst-üstə düşməyən, atlarla, eşşəklərlə, köhnə texnikalarla hücum edən ruslardan – bu, zarafat deyil, real faktlardır. 

Əgər amerikalılar geri çəkilsələr, Avropa müstəqil şəkildə hərəkət edəcəkBunun üçün bütün resurslara sahibdir.

Hər şey pulla ölçülmür. ABŞ tez-tez Avropanı kifayət qədər maliyyə ayırmamaqda və minnətdar olmamaqda ittiham edir. Amma reallıqda, təhlükəsizliyə xərclənən yüz milyardlarla avro və dollar bu dövlətlər üçün qəpik-quruşdur.

Hesab edirəm ki, danışıqlar zamanı ABŞ bu qədər sərt olmayacaq və özü-özünün ziyanına addım atmayacaq. Çünki bu, Amerikanın milli maraqlarına ziddir. Hansısa format tapılacaq. Amma əgər belə bir şey baş versə, bu, sadəcə ABŞ-ın super dövlət statusunu itirdiyi anlamına gələcək. Və nəticələr Amerika üçün dağıdıcı olacaq”, – bloqer əmindir.

O, Ağ Evdə baş verən qalmaqaldan sonra Ukraynanın yanında kim dayandığını xatırlamağı təklif edir.

Avropadakı bütün müttəfiqlər. Macarıstan və Slovakiyanı çıxmaq şərtilə – çünki onların baş nazirləri Putinin əlaltılarıdır. Kanada və Avstraliya da Ukraynanı dəstəkləyir. Halbuki, Avstraliya tamamilə fərqli regionda – Sakit okean regionunda yerləşir.

Hazırda bütün dünya ABŞ-ın atacağı addımları gözləyirƏgər amerikalılar rəsmi şəkildə müttəfiqlik öhdəliklərindən imtina etsələr, artıq heç kim ABŞ-a bel bağlamayacaq.

Bu situasiyada qazanan təkcə Rusiya deyil, daha çox Çin Xalq Respublikası olacaq.

Ukrayna və Qərb dünyası bu vəziyyətə effektiv cavab verə bilərmi?
Bəli, verə bilər. Bu, çətin olacaq, əlavə xərclər tələb edəcək, amma Ukrayna olub, var və olacaq. Avropa da heç yerə getməyəcək.

ABŞ Londondakı görüşdə iştirak etmədiAmma Avropadakı ölkələrdən başqa Kanada, Türkiyə və digərləri orada idi. Türkiyə coğrafi baxımdan tamamilə Avropada olmasa da, bu məsələyə eyni prizma ilə baxır. Buna görə də, sülhməramlı kontingentin tərkibində Türkiyənin iştirakının müzakirə olunması təsadüfi deyil. Harada Türkiyə varsa, deməli, orada Azərbaycan da var. Ona görə də, xoş gəlmisiniz!

Ən pisi isə odur ki, Amerika hazırda real olaraq zəifləyən Rusiya faşist federasiyası qarşısında tərəddüd edirBu, olduqca iyrənc görüntü yaradır. Amma reallıqdır.

Lakin bu həmişə belə olmayacaq. Donald Tramp əbədi deyil və onun emosional qərarlar alıb geriyə addım atması da istisna deyilBunu hamı bilir”, – deyə Roman Tsımbalyuk fikirlərini tamamlayıb.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam