Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Araz Paşayev Rüfət Mahmudu çıxılmaz duruma salıb -Fonddakı fəaliyyətinə görə...

bitmap-img6

Ötən il Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına sədr təyin edilən Araz Paşayev 2 ay sonra Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarıldı. 
 
Yenixeber.org: Araz Paşayevin Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsindən çıxarılmasına səbəb Hesablama Palatasının bu qurumun fəaliyyətində aşkarladığı qanunsuzluqlar idi. 
Xüsusi təmtəraq və təqdimatla himayədarları tərəfindən vəzifəyə gətirilən, ictimaiyyətə savadlı, yenilikçi və şəffaf kadr kimi təqdim olunan yeni sədrin fəaliyyətində Hesablama Palatasının ciddi nöqsanlar aşkarlaması və bu barədə aidiyyatı qurumlara rəsmi müraciətlər etməsi Araz Paşayevin əsas himayədarı olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Rüfət Mahmudu çətin vəziyyətə salıb. 
bitmap-img6
 
Əldə etdiyimiz məlumata görə Rüfət Mahmud Araz Paşayev barədə yuxarılara verdiyi yüksək təqdimata görə qınanılıb.
Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı bacarıqsızlığı onun Təhsil İşçiləri Azad Həmkarlar İttifaqına necə rəhbərlik edəcəyini ciddi sual altına alıb. 
Məlumata görə Elm və Təhsil nazirliyinin rəhbərliyi və digər aidiyyatı qurumlar Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yeni sədri barədə heç də ürəkaçan fikirdə deyillər. Onlar Araz Paşayevin Təhsil Tələbə Krediti Fondundakı uğursuz fəaliyyətinin İttifaqda da təkrarlana biləcəyindən narahatlıq keçirir, dəfələrlə tədbir və iclaslarda bunu Rüfət Mahmudin diqqətinə də çatdırıblar.
Qeyd edək ki, Araz Paşayev Təhsil Tələbə Krediti Fondunda əvvəl hüquqi ünvanı Rüfət Mahmuda məxsus mənzildə qeydiyyatda olan “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi olub. 
Bu şirkət bir çox dövlət qurumlarında dəyəri milyon manatlarla ölçülən tenderlərdə qalib elan edilib.(azfakt.com) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam