Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Bakıda müğənninin ailəsində FACİƏ -Anası və nənəsi dəm qazından öldü

 

Müğənni İlkin Fuadın ailəsində faciə yaşanıb.

Yenixeber.org xəbər verir ki, bu barədə müğənni öz sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, müğənninin anası və nənəsi vəfat edib. “Qafqazinfo” saytı isə bildirib ki, fevralın 25-i saat 23 radələrində 1938-ci il təvəllüdlü Südabə Səməd qızı İsmayılova və qızı 1962-ci il təvəllüdlü Sevda Həsrət qızı Əhmədova yaşadıqları Buzovna qəsəbəsindəki evin hamam otağında dəm qazından zəhərlənib. Onlar hadisə yerində ölüb. Vəfat edən S.Əhmədova müğənni İlkin Fuadın anası, 87 yaşlı Südabə İsmayılova isə nənəsidir.

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 25 fevral saat 23:12-də Xəzər rayonu, Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsi ərazisindən iki nəfərin (qadın cinsli) dəm qazından zəhərlənmə şübhəsi ilə çağırış daxil olub. Çağırış saat 23:19-da ilk azad təcili tibbi yardım briqadasına ötürülüb.

"Çağırış ünvanının qeyri-dəqiqliyi və qeyd olunan kontaktla əlaqə yaratmağın mümkün olmadığı üçün ünvanın tapılmasında çətinlik yaranıb. Buna baxmayaraq, saat 23:36-da briqada hadisə yerinə çatıb. Təcili tibbi yardım briqadası tərəfindən iki şəxsin (qadın cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb. Lakin ünvanda olan şəxslərin təkidi ilə briqada ölüm faktı qeydə alınan şəxslərdən birini (1962-ci il təvəllüdlü) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya edib. Tibb müəssisəsində də şəxsin ölüm faktı təsdiq olunub. Meyitlər hüquq-mühafizə orqanlarının müşayiəti ilə morqa təhvil verilib", - deyə məlumatda qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam