Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

149 saylı məktəbdə pul yığımına start verildi- Rəhilə Baxşiyeva nə tapşırıq verib?

image-2
Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində orta məktəblərdə pul yığılması ilə bağlı müzakirələr başlayır.

Yenixeber.org: Elm və Təhsil Nazirliyi məktəb direktorlarına, müəllimlər xəbərdarlıq ünvanlasa da, valideynlərə pul yığmamaları üçün çağırış etsə də kampaniyanın qarşısını tam şəkildə almaq mümkün olmur.
Belə hallar olması paytaxt məktəblərində sosial şəbəklərdə müzakirə olunur.
Vətəninfo.az-a daxil olan məlumat görə Xocalı şəhidi Elçin Şəmiyevin adı verilən Xəzər rayonu Binə qəsəbəsində 149 saylı orta məktəbdə pul yığımına start verilib.

image-1

Yuxarı sinif rus dilli sektorda təhsil alan şagirdlər 50 manat, Azərbaycan dili sektorunda təhsil alanlar üçün 30-40 manat, aşağı siniflər üçün isə 20-30 manat arası pul yığımı həyata keçirilir. Birinci siniflər üçün isə 30 manatdan pul yığılır.

Məlumatda qeyd olunur ki, hər sinifdən uşaq sayı hesabına görə məktəbin rəhbəri Rəhilə Baxşiyevaya 10 manatdan pul verilməlidir. Pul yığımına isə müəllimlər arasında cavabdehlik daşıyan müavinləri Vəfa Əlinağıyeva və Namiq Ələkbərov icra edildiyi bildirilir.

Qeyd edək ki, 149 saylı məktəbdə dörd min şagird təhsil alır və bu pul yığımında fantastik rəqəm alınır. Belə ki, yığımdan sonra direktor Rəhilə Baxşıyeva 40 minlik premium sinfinə aid avtomobil almaq iqtidarında olacaq.

149 saylı məktəblə əlaqə saxlamaq mümkün olmadı.

Elm və Təhsil Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam