Abşeron-Xızı Regional Təhsil İdarəsində Korrupsiya İddiaları: 15 nömrəli məktəbdə ciddi yeyinti faktları ortaya çıxır -DE-FAKTO

Abşeron-Xızı Regional Təhsil İdarəsində Korrupsiya İddiaları: 15 nömrəli məktəbdə ciddi yeyinti faktları ortaya çıxır, Direktor isə postundadır!
Yenixeber.org: Son zamanlar Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə şöbəsi ilə bağlı ciddi korrupsiya iddiaları gündəmə gəlib. 03-04 dekabr tarixlərində Sumqayıt şəhər 15 nömrəli orta məktəbdə aparılan daxili yoxlamalar nəticəsində dörd vəzifəli şəxs işindən uzaqlaşdırılıb. Yoxlamaların aparıldığı zaman məktəb direktorunun bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Komissiyasında sədr olması və onu müvəqqəti əvəzləmək üçün hərbi rəhbər Saruxanov Saruxan İslamuddin oğluna səlahiyyət verilməsi ciddi suallar doğurur. Halbuki, məktəbdə dörd direktor müavininin olduğu nəzərə alınarsa, bu seçimin məqsədli olduğu ehtimal edilir.
Araşdırmalar zamanı məktəbdə idman zalının olmadığı halda, fiziki tərbiyə dərslərinin bölünməsi, qanunsuz maliyyələşmə və bunun nəticəsində ciddi maliyyə pozuntularına yol verilməsi müəyyən edilib. Konkret olaraq, aşağıda adları qeyd edilən müəllimlərə sinifdən xaric fiziki tərbiyə dərsləri üçün əmək haqqı ödənilib:
1. Bağırova Gülsəba Mikayıl – 208.22 AZN
2. Hümbətəliyeva Gülnaz Möhsün – 208.22 AZN
3. Abbasov Rəsul Qalib – 2641.59 AZN
4. Bağırova Gülsəba Mikayıl (əlavə saatlar) – 1570.37 AZN
5. Əzizov Tahir Tahir – 366.23 AZN
6. Xəlilli Nurlan Adil – 1021.31 AZN
7. Hümbətəliyeva Gülnaz Mövsum – 1766.67 AZN
Ümumilikdə, məktəbdə yalnız fiziki tərbiyə dərsləri üzrə 7782.61 AZN məbləğində dövlət vəsaiti qanunsuz şəkildə xərclənib. Bu məbləğin təkcə dörd ay ərzində formalaşdığı nəzərə alınarsa, illik hesablamalar əsasında 24.000 (iyirmi dörd min) AZN, beş il ərzində isə təxminən 120 (yüz iyirmi min) AZN yeyinti olduğu ortaya çıxır.
Məktəbdə baş verən bu qanunsuzluqların arxasında Abşeron-Xızı Regional Təhsil İdarəsinin maliyyə şöbəsinin rəhbəri Orxan Şirəliyevin olduğu iddia edilir. Şirəliyev əvvəllər 1 saylı Ərazi Maliyyə Hesablama Mərkəzində çalışıb və hazırda Regional Təhsil İdarəsinin maliyyə şöbəsinə rəhbərlik edir. Onun dövründə təhsil müəssisələrində dövlət vəsaitinin qanunsuz xərclənməsi, korrupsiya hallarının artdığı və dövlət vəsaitlərinin qəsdən mənimsənilməsi ilə bağlı ciddi şübhələr mövcuddur.
Maraqlıdır ki, yoxlamalar yalnız son dörd ayı əhatə edib. Halbuki, məktəbin direktoru Elmira Yaqubova 2019-cu ildən bu vəzifədə çalışır və onun rəhbərlik etdiyi beş il ərzində baş verən maliyyə pozuntuları niyə araşdırılmır? Məktəbdə yaranmış yeyintinin kökləri daha dərin olub və niyə məhz Elmira Yaqubova seçkidə olduğu vaxt gündəmə gətirilib?
Həmçinində qeyd edək ki Orxan Şirəliyevdə məhs 2019-cu ildən İdarənin maliyyə şöbə rəhbəri olaraq vəzifədə olduğu deyilir.
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bu məsələyə dərhal müdaxilə etməli, yalnız son dörd ayı deyil, son beş ili əhatə edən genişmiqyaslı maliyyə yoxlaması aparmalıdır. Əgər 120 min AZN-lik yeyinti təkcə fiziki tərbiyə dərsləri üzrə baş veribsə, məktəbin ümumi büdcəsinə vurulan ziyanın real miqyası daha böyük ola bilər. Görünən odur ki, bu pozuntular yalnız aysberqin görünən hissəsidir.
Bu hadisə göstərir ki, Abşeron-Xızı RTİ daxilində ciddi qanunsuz işlər gedir və İlhamə Abdullayevanı nüfuzdan salmaq istəyənlər tabeliyində olan bəzi köhnə direktorlarla gizli sövdələşmələr aparıblar. Elm və Təhsil Nazirliyinin Mərkəzi Apparatında baş verən vəzifə çəkişmələri və qruplaşmalar Abşeron-Xızı Regional Təhsil İdarəsinə də təsirsiz ötüşməyib. Müvafiq qurumlar bu məsələylə bağlı ciddi tədbirlər görməlidirlər. Əgər dövlət bu cür qanunsuzluqlara göz yumarsa, təhsil sahəsində baş verən maliyyə pozuntuları daha da dərinləşəcək və dövlət vəsaitlərinin mənimsənilməsi davam edəcəkdir.
Bütün bu neqativ hallar fonunda sualı verməmək olmur: İlhamə Abdullayeva hansı səbəbdən neqativ fəaliyyəti ilə seçilən tabeliyindəki şəxslərlə bağlı təqdimatı Elm və Təhsil Nazirinə təqdim etmir? Əgər bu təqdimatlar edilmirsə, bu, ya onun özünün bu qanunsuzluqlara göz yummasından, ya da müəyyən maraqların qorunmasından irəli gəlir. Təhsil sistemində şəffaflığın təmin edilməsi üçün ciddi islahatlara və korrupsiyaya qarşı sərt tədbirlərə ehtiyac var.
Bu məsələnin ictimaiyyət tərəfindən diqqətlə izlənməsi və hüquq-mühafizə orqanlarının obyektiv araşdırma aparması vacibdir.(aknews.az)