Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

“Laser Beauty Clinic”in fəaliyyəti dayandırıldı

 

Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty Clinic”in filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub. 

Yenixeber.org-un məlumatına görə, İqtisadiyyat Nazirliyindən bildirilib ki, Səhiyyə Nazirliyinin lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılmasına dair göstərişlərini yerinə yetirmədiyi üçün “Laser Beauty Clinic”in həmin filial üzrə lisenziya əlavəsi İqtisadiyyat Nazirliyinin inzibati akti ilə dayandırılıb, hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Xatırladaq ki, “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq nöqsanlar aradan qaldırıldıqdan sonra lisenziya əlavəsinin bərpası üçün yenidən müracət oluna bilər. Göstərilən müddətdə nöqsanlar aradan qaldırılmadıqda isə lisenziya ləğv edilir.  

Qeyd edək ki, hazırda İqtisadiyyat Nazirliyi 23 növ fəaliyyət üzrə lisenziya verir. Lisenziyalar verilərkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq, aidiyyəti dövlət qurumlarının rəyi əsas götürülür. 

Sahibkarlar lisenziya almaq üçün fəaliyyət göstərəcəkləri ərazi üzrə müvafiq “Asan xidmət” mərkəzi, KOB evi və ya “lisenziya.gov.az” portalı vasitəsilə İqtisadiyyat Nazirliyinə elektron formada müraciət edə bilərlər. Təqdim edilən sənədlər qaydasında olduqda lisenziya 10 iş günündən gec olmayaraq verilir. Lisenziya verilməsinə görə dövlət rüsumu ödənilir. Regionlarda sahibkarlığın təşviqi məqsədilə dövlət rüsumuna 50 faiz güzəşt edilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam