Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“World Telecom” ölkə qanunvericiliyini pozaraq dövriyyəsini necə gizlədir?

“World Telecom” ölkə qanunvericiliyini pozaraq dövriyyəsini necə gizlədir?

“World Telecom” şirkəti müştərilərinə satış nöqtələrində nağdsız ödəniş xidmətini göstərməkdən imtina edir.

Yenixeber.org: Bu barədə vətəndaşlar saytımıza öz şikayətlərini bildiriblər.

“World Telecom” şirkəti Azərbaycan Respublikasının Qanunvericiliyini pozaraq, vətəndaşlardan ödənişləri satış nöqtələrində yalnız nağd şəkildə ödəmələrini tələb edir.

Məsələn: Nərimanov filialında kassada bir neçə terminal olsa da, şirkət Terminal üzərindən ödənişləri qəbul etmir və ödənişləri yalnız nağd şəkildə qəbul edir.

Səbəb kimi isə kreditorun bank olmayan kredit təşkilatı olmasını göstərirlər. Vətəndaş etiraz etdikdə isə “gedin hara şikayət edirsiniz edin” deyərək bildirilir.

Vətəndaşlar onlayn formada ödəniş tələb etdikdə isə vətəndaşlara “birbank” mobil tətbiqi üzərindən və digər vasitələrdən ödəniş edə biləcəkləri bildirilir.

Digər istər “birbank” mobil tətbiqi, istərsə də “bankomatlar” vasitəsi ilə edilən ödənişlərdə vətəndaşlara ƏDV qaytarılmır.

Bu hal “Nağdsız hesablaşmalar haqqında”  “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun pozulmasıdır.

“Nağdsız hesablaşmalar haqqında” Qanunu pozanları hansı cəzalar gözləyir?   Müəssisələr niyə qanuna əməl etmirlər? Vətəndaşların şikayəti niyə nəzərə alınmır? Bu halların qarşısı hansı yolla  alınmalıdır? (nocomment.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam