Rusiya həbsxanasında məhbuslar işçiləri girov götürdü -Ölən var
Rusiyada ciddi rejimli cəzaçəkmə müəssisəsində bir neçə məhbus müəssisənin əməkdaşlarını girov götürüb.
Yenixeber.org xəbər verir ki, hadisə Volqoqrad vilayətində baş verib.
Məlumata görə, insident zamanı həbsxananın bir əməkdaşı qətlə yetirilib.
Bildirilir ki, hücumda azı 3 məhbus iştirak edib. Hazırda girovların azad edilməsi ilə bağlı əməliyyat keçirilir.