Bakının bu ərazisində binalar söküləcək
Bakının Xətai rayonunda bir sıra binaların sökülməsinə hazırlıq gedir.
Yenixeber.org-un məlumatına görə, Babək prospekti, eləcə də Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi nəzərdə tutulur.
Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb. Söküntü işləri üçün 1,7 milyon manatdan çox vəsait xərclənəcəyi gözlənilir.