Yenixeber.org: Bu dairənin fovoriti YAP-ın namizədi, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovdur. Lakin təbliğat-təşviqat dövründə Siyavuş Novruzovun rəqibi Naxçıvanda tanınmış iş adamı “NN Residance”ın təsisçisi Nurlan Vəliyevin apardığı uğurlu seçki kampaniyası 25 illik deputat Siyavuş Novruzovu çətin vəziyyətə salıb.
Yerlərdən gələn məlumatlar sübut edir ki, tanınmış iş adamının apardığı təbliğat nəticəsində YAP-ın əsas funksionerlərindən biri olan S.Novruzov dalana dirənib.
Saytımıza daxil olan məlumatda qeyd olunur ki, Naxçıvan şəhərinin rəhbərliyi 2 saylı Seçki Dairəsində yaranmış vəziyyətlə bağlı YAP rəhbərliyinə məruzə edib və S.Novruzovun şanslarının olduqca aşağı olduğu qeyd olunub. Bildirilir ki, vəziyyət belə davam edərsə, tanınmış işa adamın bu dairədən deputat seçiləcəyi daha real görünür.(tribunainfo.az)
Gülşən Nəbiyeva