Ukraynanın itkiləri yenilənir -STATİSTİKA
Rusiya müharibənin 907-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 639 təyyarəsi, 282 helikopteri, 30 112 PUA-sı, 575 zenit-raket kompleksi, 17 320 tank və digər zirehli texnikası, 1 411 reaktiv yaylım atəş sistemi, 13 392 artilleriya və minaatanı, 24 894 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.