Son bir neçə ayda ilk dəfə olaraq Qəzzanın cənubundan Təl-Əvivə iki ədəd raket atılmasına cəhd edilib.
Yenixeber.org: Məlumata görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, raketlərdən biri Qəzzanın ərazisinə, ikincisi isə İsrailin mərkəzi hissəsinə düşüb.
HAMAS-ın mətbuat xidmətindən verilən açıqlamada bu addımın Fələstin xalqına qarşı törədilən çoxsaylı qətllərə cavab olaraq atıldığı qeyd edilib.("The Jerusalem Post")