“Yeraz Mehman”a “dur” deyən tapılacaqmı?: SOSİAL BƏLA
Təcrübəli qumarbazla xanım şəriki arasında "soyuq müharibə" yaşanır
Məşhur futbol klubu "Real", yoxsa Mehmanın Bakıdakı "Real" qumar klubu daha çox qazanır?
Xeberinfo. com: İspaniyanın məşhur "Real" futbol klubunun ən aşağısı "Barselona" kimi güclü rəqibi var, Bakıdakı "Real" futbol klubunun isə artıq bir neçə ildir ki, heç zəif rəqibi belə yoxdur (təbii ki, "TOPaz" aşağı əmsalları və "işgəncəli şərtləri"nə görə ona rəqib ola bilməz). Beləliklə, Azərbaycanda bu sahə də monopoliyaya alındı. Çünki ortada iri pullar var idi. Sual oluna bilər: niyə məhz "Real" meydanda qala bildi? Milletinsesi.info-ya daxil olan məlumata görə, kontora başçılıq edən Mehman adlı şəxs və onun yaxınları uzaqgörənlik edib, vaxtında özlərinə samballı və sözü hər yerdə keçən "krışa" tapıblar. Ağlınıza deputat -filan gəlməsin. Həmin şəxsin kimliyi də artıq redaksiyaya məlumdur. Sadəcə, tərəflər arasında bu oyunun "vozduşnı" getməsi səbəbindən isbatı demək olar ki, bizim üçün imkansızdır. "Krışa"ya vəd olunan birillik "şirinlik" isə kifayət qədər cəlbedicə və yüksək rəqəmlə ifadə olunur.
Bu rəqəmi açıqlamazdan əvvəl bəzi statistik rəqəmlərə və "Real"ın real vəziyyətinə nəzər salaq. Bəri başdan qeyd edək ki, "Real" futbol klubunun hər şeyi öz monopoliyasına alması təbii ki, kontorun qısa zaman surəcində həm imkanlarını genişləndirdi, həm də çox böyük pullar qazandırdı. Rəqibsiz keçən son illər ərzində şəbəkə öz fəaliyyətini xeyli genişləndirib. "İmperiya"nın coğrafi əraziləri isə bölgələrə qədər uzanıb. Təsəvvür edin ki, hazırda paytaxtda "Real"ın 10, bölgələrdə isə 12 kontoru qeyri-qanuni fəaliyyət göstərir. Bakıdakı məntəqələr içərisində Zahid Xəlilov küçəsində araları cəmi 50-60 metr olan iki kontor (ikincisi 53 saylı tam orta məktəblə üz-üzədir və onu da qeyd edək ki, qeyri-qanuni fəaliyyət göstərən bu qumarxanaların ünvanları heç vaxt göstərilmir), habelə Memar Əcəmi metrosunun yaxınlığındakı, 8-ci kilometr, Bilərcəri vəƏhmədli qəsəbələrindəki "toçka"lar daha çox qazanc gətirən sayılır. Yeri gəlmişkən, Azərbaycanda futbol qumarının "sultanı” Mehman bəyin "administrasiyası” "Memar Əcəmi”dəki kafelərdən birində yerləşir. Bir neçə ay davam edən araşdırma və müşahidələrimizin təhlilləri göstərir ki, "Real"ın 22 kontorundan hər günə orta hesabla 32 min manat pul toplanır (paytaxtdakı kontorların hər biri 2 min manat, bölgələrdən isə 1000 manat hesabı ilə). Əlbəttə, bu rəqəmlər ortalamadır və bir qədər yuxarı-aşağı "oynaya" bilər. Deməli, bunu aya vuranda (hələ 30 günə) 960.000 manat edir. Yox, sizə elə gəlməsin ki, bu pulların hamısı komandanın “kapitanı" Mehmana və onun komandasına qalır. Nəzərə alanda ki, 22 kontorun hər birində 3-5 nəfər işləyir, o zaman bu qumarxananın 100 nəfərə yaxın işçisinin olduğu ortaya çıxacaq. Onların isəəmək haqqları 500-2000 manat arasındadır. Yəni, təkcə işçilərə hər ay təxminən 20 000 manata qədər pul ödənilir (maşallah, rentabelli müəssisədir!). Xərclər təkcə bununla bitmir. Yuxarıda söz açdığımız "krışa"nın aylığı təxminən 100 000 manatdır. Təxminən 300-400 min manat da digər aidiyyəti qurumların səlahiyyət sahiblərinə ötürülür. 100 min manat isə sair xırda-para xərclərə çıxır. Mənfəətin nə qədər olduğunun fərqindəsinizmi?! İndi siz deyin, İspaniyanın məşhur futbol klubu "Real", yoxsa “Yera Mehman“ın Bakıdakı "Real" futbol klubu daha çox qazanır? –
Kontorun iş prinsipləri hansılaradır? Pullar necə qazanılır? “Yeraz Mehman”ın komandası bu kontorda futboldan başqa daha hansı üsullarla milyonlar qazanır? Bəzi vəzifəli şəxsləri, hətta onların evdar xanmlarını futbol qumarına necə cəlb edirlər?
Bu arada xeberinfo.com-a “Yeraz Mehman”ın özfəaliyyəti ilə bağlı daha bir məlumat daxil olub. Məlumatda təcrübəli qumarbazın bir xanım şəriki ilə aralarında yaşanan problemdən bəhs olunur. Vaxtı ilə mehriban olmuş ortaqların arasındakı bugünkü “soyuq müharıbə”nin yaranma səbəbləri və hazırkı durumu ilə bağlı qarşıdakı günlərdə geniş yazacağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Xeberinfo.com