Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

BƏHRİ TƏVİL(yeni)

                                                            


   

      "Xeberinfo.com": Aramızda   var  beləsi vətən, vətən daş deyir, söz  çürüdüb, at oynadıb baş yeyir,
mətbəx onun,  aşbaz olub, yeməkləri  çeşid-çeşid dəyişdirib qonaq yığıb süfrəsinə,   gündə - gündə söz bişirib   yeyir, gəlin deyim daşdısa ha, qəlbi onun ara –sıra burda mənəm söyləyərək baş yeyir. Süfrə açıb qonaq edib milləti o, ara-ara baş yesə də, hərdən olur, ZİLƏ ÇƏKİR zilləti O. Qıraq-qıraq baxıb süzən, söz deməmiş,gözü süzən, çırmalanıb çayda üzən avamları ələ salıb özü susar,olar ki ya, susuz quyuya daş salır. Mən deyim ha bunlar ki  var aramızda dənə -dünə sayla deyil, vaxt vədəsi günlə deyil  bollucadır. Bir   məsələ maraqlıdır, uyan da çox, duyanda çox, söz oynadıb, sözlə   sözü    vüran da çox,  torpaq özü kimindisə, qayğısına qalan  da  çox,ama ki,ya Vətən deyil beşin üçün,  nədəndi bəs daş olmayaq, adı gözəl, sözü gözəl,yer belləyib, VƏTƏN adlı toxum əkib  baş  olmayaq.  Qonaq düşüb, süfrə başı rahat- rahat otursaq da, diqqət edək dildə sözə, gözdə gözə, əyri düşən ağızlara söz olmayaq. Gəl düşünək: Qeyrət bizim ar da bizim, bağçamız da, heyva gözəl nar da bizim, döst da bizim, yar da bizim, gül üsdəki xar da bizim, namus deyən dil də bizim, utanmayan üzlərdəki ar da bizim. Bu bizləri vurub yerə söz bazarı dəlal olub, söz satana m ən deyirəm, üstü unlu görünsən də, bənzəri var quma, töza, un deyil, hər saz çalan züy tutaraq yanşaq olar, mahnı deyər, nədəndi bəs aşıq deyil, əlin təmiz olsun deyə yemək yesən, batmaz əlin qaşıq deyil, hər mayadan qatıq olsa mən istəyən, şirin-şirin, üzlü-gözlü OLSA BELƏ, bazara gedər, amma ki ya, qatıq deyil. Mən yazaram, SÖZDƏ sözüm  yalan deyil. Kim nə  gördü, mən də gördüm,  gördüyümü,  bildiyimi  çəkinmədən  söyləyərək, al götürün mən də sizə, paydı dedim. Hər sözümdə  məna dərin, oxa   kaman yaydı dedim, atdığın o atmacaya, bəzi -bəzi tapmacaya  cavab  verib haydı dedim. Sözü sözdə tutanların, millətimi cahil bilib, cəpik çalıb gülənlərin, quyruğundan yox xəbəri qırqovulla dostluq edər, hevanlara taydı dedim. Deyirlər ki,  çox bilən quş, dimdiyindən düşər tora, vurnuxaraq olsa uzaq, göz açınca yay da gələr bişər qora. Hər  sözümdə guman yeri, hər sözümün uman yeri, yuxu görən yatmışları od qoyaraq ayıldacaq, sözlər sösü bayıdacaq. Söz  yiyəsi, hər sözümü göydə qapıb, anlar ki ya bıçaqdısa, qan tökəcək hər tiyəsi. Yalan  palan vətən deyən, daş əvəzi baş yeyən, süfrə qurub aş yeyən özünə vətəndaş deyən, bir qanmazın dil qarışıq, sözü çoxsa mən deyirəm yox barışıq. Gəlin deyək dostumuzun vurulmuşdu can çəkişən, ucu kötük iynəsi, əgər sözü dildə tutub qanandısa, göydə qapar, axtarıb ha, kəlmələri istəyərək, gəlsə yeri özün tapar. İNDİ deyim dala qalmaz söz aldısa söz yiyəsi durma, dayan ara, axtar, öz sözündə, hər sözünü, bacrırsan de sözünü,
q
ələm sənin oğulsansa yazdığımı ara-axtar ÇÖZ,  yiyəsi  TƏRANƏ ŞƏMS!

 

                                                                                                                                 

 

                                                                                                                                                                          05.06.2014.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam