Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ülkər Babayeva Böyük Britaniyaya işgüzar səfər edib-FOTOLAR

 

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) Elmi işlər, beynəlxalq əlaqələr və keyfiyyət siyasəti üzrə prorektoru Ülkər Babayeva Böyük Britaniyaya işgüzar səfər edib. Prorektor səfər çərçivəsində Koventri, Kembric və UCL universitetlərinin nümayəndələri ilə görüşüb.

Yenixeber.org: Koventri Universitetinə ziyarət zamanı Ülkər Babayeva universitetin İdman və tədbir menecmenti üzrə kurikulum rəhbəri və dosenti Benua Seno və həmkarları ilə görüşərək, bir sıra məsələləri müzakirə edib. Prorektor həmçinin ikili diplom təhsil proqramı çərçivəsində təhsilini Koventri Universitetində davam edən azərbaycanlı tələbələrlə də görüş keçirib.

Növbəti görüş Kembric Universitetində baş tutub. Universitetin müvafiq heyəti ilə ASAPES arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.

Ülkər Babayeva səfər çərçivəsində son olaraq UCL Universitetini ziyarət edib, universitetin ASAPES-də tədris prosesinə cəlb olunan professor-müəllim heyəti və azərbaycanlı tələbələrlə görüşüb.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam