İŞİD-in 17 üzvü saxlanıldı -İstanbulda
İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində Santa-Mariya kilsəsinə hücumda şübhəli bilinən 17 nəfər saxlanılıb.
Yenixeber.org: Yerli medianın yaydığı xəbərə görə, saxlanılanlar İŞİD qruplaşmasının üzvləridir.
Bildirilib ki, mənzillərdə aparılan axtarışlar zamanı xeyli sayda sənəd götürülüb.
Qeyd edək ki, yanvarın 31-də Santa-Mariya kilsəsinə hücum zamanı bir nəfər öldürülmüşdü.