Daha bir SEPAH zabiti öldürüldü
İsrailin Suriyanın Dəməşq vilayətlərinə endirdiyi raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) məsləhətçilərindən biri öldürülüb.
Yenixeber.org: Bu barədə İranın "Tasnim" dövlət agentliyi məlumat yayıb .
“SEPAH-ın Suriyadakı hərbi məsləhətçilərindən biri Səid Əlidadi Dəməşqin cənub kənarında İsrailin səhər saatlarında endirdiyi zərbədən sonra ölüb”, - məlumatda deyilir.
Qeyd edək ki, İsrail mənbələri iki SEPAH zabitinin öldüyünü bildirib.