Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İsrailin yeni müharibə hazırlığı:İranla birbaşa qarşıdurma ehtimalı günbəgün artır - Təhlil

Conatan Spayer

“Foreign Policy” (ABŞ)

 

Yenixeber.org: İsrail rəsmiləri hesab edirlər ki, İran Yaxın Şərqdə hökmranlığa dair yarışda qalib gəlir və onlar təhlükə yaradan regional qarşıdurmada səfərbər olmağa davam edirlər. Suriya İsrailin hərbi-diplomatik kampaniyasının mərkəzində durur. Bu ölkədəki daxili müharibə dövründə Suriyadakı rejimin İran silah sistemlərini “Hizbullah”a köçürməsinə maneə törətmək Tel-Əvivin əsas məqsəddir. Hava kampaniyasını genişləndirərək sentyabrın 7-də İsrail təyyarələri Masiafa yaxınlığında kimyəvi silah və “yer-yer” raketlərinin istehsal edən Suriya zavoduna zərbə endirib.

Hücum İsrail səlahiyyətlilərinin diplomatik raundda Suriyadakı vəziyyətin nəzərə alınmadığına dair nəticəyə gəlməsindən sonra həyata keçirilib. “Mossad” başçısı Yossi Koenin başçılıq etdiyi yüksək səviyyəli bir heyət avqustun sonunda Vaşinqtona səfər edib və administrasiyanın Suriyaya dair görünüşündən məmnun qalmayıb. İsrail baş naziri Binyamin Netanyahu da Rusiyanın dövlət başçısı Vladimir Putinlə anlaşa bilməyib.

Hər iki halda israillilər cavablardan məyus olub. Onların başlıca ümidi budur ki, Suriyadakı bütün əsas oyunçuları idarə edəcək və nicat tapacaqlar. Bu problemin həllini heç kim təmin etməyənə qədər, İsrail özü bunu həll etməyi planlaşdırır.

İran qüvvələri indi Colan təpələrinin İsrailin nəzarətində olan hissəsi və Suriyanın nəzarət etdiyi hissəsində, Əl-Quneytrə kəsişməsində varlığa malikdir. İsrail Suriyadakı müharibə dövründə iranlılar və onların “Hizbullah” şərikləri, Livanın cənubuna əlavə olaraq, yəhudi dövlətinə qarşı ikinci cəbhə yaradırlar.

Əlbəttə, "Suriya" bu gün mövcud deyil. Rejim iranlı və rus “müəllimlər”inin əlindədir, amma İranın rəhbərliyi altında olan blok İsraili məhv etmək niyyətindədir və ona qarşı gerçək tampon ərazi yaradır. “Hizbullah”ın baş katibi Həsən Nəsrullah bu yaxınlarda Suriya müharibəsində "qələbə"nin qazanıldığını elan edib və artıq "dağınıq döyüşlər"in aparıldığını deyib.

İranın "quru dəhlizi" İranın özü ilə İsrailin nəzarətində olan Colanın bir neçə kilometrinədək davam edir. Bu ayın əvvəlində İsrail Colan Təpələri üzərində İran dronunu məhv edib. Bu, İranın sərhəddəki fəaliyyətinin son sübutu idi. Suriya müxalifətinin xəbərlərinə görə, Taleh əl-Şaar bölgəsində, Tal-Əhmarda və sərhəd yaxınlığında İranın hərbi varlığı mövcuddur. Eyni zamanda, İranpərəst güclər öz ambisiyalarında açıqdırlar. "Hizbullah əl-Nücəba" – İraq şiə gücü vahid "Azad Colan" birliyi formalaşdırır və sərhədə yaxın ərazilərin – "Colanın azad edilməsi üçün addımlar atmağa hazır" olduğunu bildirib.

İsrail bu ambisiyalara hələ ki iki yolla maneə törədib. Birincisi, o, bölgədə hərbi infrastruktur qurma cəhdlərini dayandırıb. Buna ən bariz nümunə 2015-ci ilin yanvarında Quneytrə yaxınlığındakı Mazraat Əməlin hədəf alınması nəticəsində İmad Mugniyənin, "Hizbullah" komandanının öldürülməsi idi. Hücum nəticəsində “Hizbullah”ın digər beş üzvü və İran İnqilab Keşikçilərinin generalı Məhəmməd Allahdadi də öldürülüb.

İkincisi, İsrail hazırda yerli üsyançı qrupları ilə praqmatik münasibətlər formalaşdırıb. Sərhədlərin böyük hissəsinə, məsələn, “Fursan əl-Culan”ın qrupu nəzarət edir. Bu əməkdaşlıq yaralı döyüşçülərin və vətəndaşların müalicəsinə, humanitar yardım və maddi yardımlara da yönəlib. İsrailli əsgərləri bəzən üsyançılar adından hərəkət edir.

İyulun 9-da ABŞ vəRusiya tərəfindən cənub-qərbi Suriyaya dair atəşkəs razılaşması imzalandığı açıqlandı. Quneytra və Daraa əyalətləri də Suriyanın cənub-qərbində yerləşir. Hərbisizləşdirilən zonanın detalları hələ müzakirə olunur. Ancaq İsrail sərhəd zolağına İranın girişinə dair zəmanətlərin ciddiliyindən dərin narahatdır. Müharibə başa çatdıqda, ona fiziki müqavimət daha da çətinləşəcək və üsyançıların potensial sponsorları artıq olmayacaq.

Hazırda Rusiya atəşkəs şərtlərinin İsrailin problemlərini kifayət qədər əks etdirdiyinə əmin etməyə çalışır. Bu zonada aparılan danışıqlara dair son xəbərlər ABŞ-ın Moskva ilə razılığa gəldiyini göstərir ki, bu da İran tərəfdarı milislərin sərhəddən 25 mil uzaqlıqda qalacağı deməkdir. Ancaq bu məsələ Suriyanın cənub-qərbinə dair razılaşmalardan kənara çıxır. İsrail İranın hərtərəfli regional ambisiyaları ilə bağlı narahatdır.

Gələcək müharibədə Livana əlavə qrupların – digər iranpərəst milislərin cəlb edə biləcəyinə dair "Hizbullah" lideri Nəsrullahın şərhləri Tel-Əvivə yaxşı məlumdur. İsrailin kəşfiyyat naziri İsrael Katz bu yaxınlarda bildirib ki, İran və hava və quru qüvvələri üçün baza yaradır. Londonda nəşr olunan “Əl-Qüds Əl-Ərəbi” Dəməşq və Livan sərhədi arasında sünni-ərəb əhalisinin azaldılması, yerli sakinlərin digər ölkələrdən olan şiələrlə əvəz olunmasına dair İran planlarından xəbər verib.

İsrailin strateji mədəniyyəti, bir qayda olaraq, təcili təhdidlərin həllinə ehtiyac olduğunu vurğulayır, lakin bu zaman potensial demoqrafik proseslər də Tel-Əvivdə yaxından izlənilir. Bütün bunlar regional güc balansında əhəmiyyətli dəyişikliyin göründüyü böyük bir mənzərəni yaradır: İran və onun (əsasən şiə) müttəfiqləri; Misir, İordaniya və İsraillə yanaşı, Fars körfəzinin ərəb avtokratiyasını da əhatə edən İran əleyhdarı olan qrup; Türkiyə, Qətər, “Həmas”, “Müsəlman Qardaşlar” və Suriyadakı sünni-Ərəb üsyançılar; nəhayət, sünni-sələfilər, ilk növbədə İŞİD və “Əl-Qaidə”nin regional şəbəkələri.

Bu tablo ilə bağlı bəzi problemlər var. Mühafizəkar sünni islamçılarla sələfilər arasında olan xətt həmişə bulanıq olub. Üstəlik, Əbdülfəttah əl-Sisi Suriya prezidenti Bəşər Əsədə bir az təəssübkeşlik edir. Buna baxmayaraq, tablo son on il ərzində Yaxın Şərqin bir çox reallıqlarına uyğundur. Ancaq bu tablonun tektonik plitələri xüsusilə sünni siyasi İslamla əlaqəli olan iki düşərgənin zərərinə dəyişir.

2010-cu ildə “Ərəb baharı” dövründə sünni-islamçı və sələfi gücü qısa yüksələn görüb. Lakin sonradan geri çəkilmələr və bəzi hallarda sünni despotizm onları İranpərəst qüvvələrin kölgəsində qoyub. “Həmas” İranla əlaqələrini bərpa etməyə çalışır. Misirin sabiq  prezidenti Məhəmməd Mursi həbsxanadadır. Tunisdə islamçılar hökumətdə azlıq elementidir və Qətər öz mövqeyinə görə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan qrupun hücumuna məruz qalır. Bu qrupun dəstəklədiyi Suriya üsyançılarının Əsəd rejiminə qarşı mübarizədə qələbəyə heç bir ümidi qalmayıb. Sələfilər də ən azı siyasi rəqiblər kimi kölgədədir.

İsraildən baxdıqda bu proses qarışıq bir çantanı xatırladır. Sünni islamçılar, əlbəttə, İsrailə düşməndirlər, amma əksər hallarda Təl-Əvivdə rəğbətlə qarşılanır. Məsələn, İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri, "Müsəlman Qardaşlar"ın devrildiyi 2013-cü il hərbi çevrilişini, bir növ, "möcüzə" kimi təqdim edir. Ancaq Suriyadakı sünni islamçıların səyləri fərqli bir düşmənin – İran liderliyindəki regional blokuna yönəlib. Beş ildir İsrail sünni və şiə siyasi İslamın mübarizəsini izləyib, sərhədinin şimal və şərqində rahatlıq qazanmışdı. Lakin Rusiya və İranın müdaxiləsi sona balans dəyişib.

İranın baxımından, biz 2010-cu il Yaxın Şərqinə qayıtmışıq. O zaman İsrail və Qərbyönümlü sünni qüvvələr hələ baş qaldırmamışdı. Lakin 2017-ci ildə Rusiyanın birbaşa fiziki mövcudluğu – İsrail düşmənləri ilə ittifaq və ya ən azı əməkdaşlıq durumu daha da mürəkkəbləşdirən amildir.

Diqqətini İŞİD-lə mübarizəyə cəmləmiş Tramp administrasiyası İsrailin problemlərinin həlli üçün az iş görüb. Təbii ki, o, İranın regional ehtiraslarını qiymətləndirir. Lakin belə təəssürat yaranır ki, administrasiya Suriya, İraq və Livanda İran irəliləyişini dayandırmaq üçün həm hərbi, həm də siyasi tədbirlərə yetərincə diqqət ayırmır.

İndi İsrail nə edəcək?

Birincisi, Suriyadakı beynəlxalq güc brokerləri ilə sövdələşməyə dair diplomatik imkanları açıq qalır. İkincisi, İsrail bölgədə öz hərbi müdafiə sisteminə güvənməyə davam edəcək. Yəni İranın başçılıq etdiyi blokun təşəbbüsünü dayandırmaq və qarşısını almaq üçün birbaşa qarşıdurma ehtimalı artırır.

 

Tərcümə: (Strateq)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam