Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

YOXSA KİŞİ ÖLÜB ?!

 

Arvad-uşaq,qohum-əqraba iki gün idi ki,çarpayıda xəstə yatan Əvəz kişinin başının üstünü kəsdirmişdi.Kənddə hamının dəli kimi tanıdıqı Qəşəm demiş “kişinin vəziyyəti ruscaydı”.Ona görə də,Əvəz kişininson vəsiyyətini eləyib, ölməyini gözləyirdilər.

Yenixeber.org: Amma hələ ki,Əvəz kişi Əzrayıla təslim olmaq istəmirdi.Əvəz kişinin çarpayısının başında neçə gündür yorğun,yuxusuz qalanlara gün kimi aydın idi ki,onun Əzrayılla “əlbəyaxa” vuruşu uzun çəkməyəcək,uzağı bir gün,iki gün,ya da bir neçə saat.İnsanlıq yaranandan hələ ki,Əzrayılın insana məğlub olduğunu nə görən,nə də eşidən olmuşdu.Yəqin ki,bundan yüz il,min il sonra da nə görən,nə eşidən  olmayacaq.

Olumla ölüm arasında gecəni gündüzə qatıb “çarpışan” Əvəz kişinin vəziyyəti üçüncü gün bir qədər də ağırlaşdı.Güləndam arvad kişisinin son saatlarını yaşadığını hiss edib, neçə gün atasının çarpayısının başından ayrılmayan,yuxuzluqdan gözləri şişən,bu iki gündə dilinə bir loxma çörək dəyməyən oğlu Səbuhini əlinin işarəsiylə çölə çağırdı.

Səbuhi oturduğu yerdən ağır-ağır qalxıb anasının arxasınca çölə çıxdı. Səbuhi Əvəz kişinin dörd qızdan sonra nəzir-niyazla doğulan yecanə oğluydu.Əvəz kişi əlindəngələni eləmişdiki,yeganə oğlu oxuyub alitəhsil alsın,millətinə,dövlətinə,soyuna layiq bir insan olsun.Lakin Səbuhi insan yox,elə adam olaraq qalmışdı.Qoşulmuşdu qəsəbənin və kəndin avara uşaqlarına olmuşdu,piyaniskanın,əyyaşın biri.Kənddə kimsə,barmağını qatlayıb deyə bilməzdi ki,Səbuhi filan gün ayıq olub.Amma indi hamı üçün təəccüblüydü ki,bu iki gündə Səbuhi içməmiş necə ölüm ayağında olan atasının başı üstündə ac-susuz dayanıb?

Gülandam  arvad:- A bala.gördüyün kimi dədənin vəziyyəti çox ağırdı.Sən tez elə qəsəbəyə get,molla Vəlini yerin deşiyində də olsa tap gətir.Kişinin üstündə Quran oxusun,-dedi və Səbuhinin arxasınca,-ləngimə ha,mollanı tez götür gəl.

Səbuhi də Səbuhiydi ha.Getdiyi yerdən geri çaırmasan,əttövbə geri qayıtmazdı.Uşaqda elə bil huş deyilən şey yox idi.Burdan deyiləni,ordan unudurdu.Qəsəbəyə çatan kimi badə yoldaşları ətrafına cəm oldular.Hamsı xor oxuyurlarmış kimibirdən soruşdular:-Ə,mişoppa,neçə gündü hardasan,görünmürsən? Bu neçə gündə sənsiz əlli qram arağın yiyəsi olmamışıq. ,Boğazımız quruyub.Mədəmizin qarşısında günahkarıq, başı aşağıyıq.

Səbuhi özü də yaxşı bilirdi ki,uşaqların yanında günahkardı.Ona görə də hamsından bir-bir üzür istəyib dedi,-Eləsə,niyə durmusunuz? Haydı irəli!

Dörd yoldaş bir-birini itələyə-itələyə Rəsulun bufetinə soxuldular.Rəsul kolbasa araq gətirdi.Məclis qızışdı nə qızışdı.Yoldaşların başı yeyib-içməyənecə qarışdısa,şər qarışmağından xəbərləri belə olmadı.Səbuhi ani olaraq bufetin pəncərəsindən çölə baxdı,Üzünü badə dostlarına tutub:-Uşaqlar,artıq qaranlıq düşüb.Mən kəndə qayıtmalıyam.Səldirləyə-səldirləyə bufetin həyətinə çıxdı.Qəsəbədə və qonşu kəndlərdə hamının Qaz Qədir kimi tanıdığı Qədirin sınıq-salxaq “jiqul”isinə oturdu.Qədir bufetdəydi.Səbuhi onu yola salmaq üçün çölə çıxan yoldaşlarına:-İçəridən Qaz Qədiri çağırın,məni kəndə aparsın,-dedi.Uşaqların Qaz Qədiri çağırmağına ehtiyac qalmadı.Qaz Qədir özü çölə çıxdı və sınıq-sökük “jiquli”nin mühərrikini işə saldı.Bir başa kəndə sürdü.Qəsəbəylə kəndin arası kələ-kötür yolla yarım saatlıq idi.

Səbuhi qapılarının ağzında maşından düşdü.Darvazanın çölündə və həyətdə xeyli adam gördü.Sanki yatmışdı,qəfil yuxudan oyandı,səndirləyə-səndirləyə özünü içəri saldı.Öküz kimi böyürdü:-Ana,ay ana,az bu nə camaatdı bura yığılıb?Az, olma kişi ölüb?

Səbuhini bu halda görən Güləndam:-Üzün qara olsun ay Səbuhi,kaş atanın yerinə sən öləydin,biz də bir dəfə adam kimi kəndin içinə çıxıb,başı dik gəzəydik.Gülüsüm bu sözləri Səbuhiyə yanıqlı-yanıqlı dedi.Səbuhi:-Ay ana,elə demə,hərənin öz vaxtı var,-dedi və ağzını sürüyə-sürüyə,-indi dədəmin vaxtıydı.Mənim də vaxtım gələndə mən öləcəm,-deyə əlavə etdi.

MƏHƏRRƏM ŞƏMKİRLİ

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam