Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

İmişlidə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar 2 nəfər saxlanılıb- FOTO

  

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Nurəddin Abbaslı saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış heroin aşkarlanıb. Dindirilmə zamanı N.Abbaslı həmin vasitələri Rəşad adlı şəxsdən əldə etdiyini bildirib. Narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməkdə şübhəli bilinən rayon sakini Rəşad Ağayev də saxlanılıb. Bundan əlavə, sonuncunun rayon ərazisində müvəqqəti olaraq yaşadığı ünvanda tiryəkxana təşkil etdiyi də müəyyən olunub.

R.Ağayevin yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmçinin əməliyyat tədbiri zamanı həmin ünvanda narkotik vasitə qəbul edən iki şəxs də müəyyən edilərək saxlanılıb. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində R.Ağayevin onlara şərait yaratdığını bildiriblər.

Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam