Ukraynanın itkilərinin SON SİYAHISI
Rusiya müharibənin 699-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 089 PUA-sı, 451 zenit-raket kompleksi, 14 743 tank və digər zirehli texnikası, 1 205 reaktiv yaylım atəş sistemi, 7 830 artilleriya və minaatanı, 17 751 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.