Borrell İsrailin HƏMAS-ı maliyyələşdirdiyini iddia edir
Avropa Birliyinin xarici siyasət rəhbəri Cozep Borrell bildirib ki, İsrail Dövləti Fələstin Muxtariyyətini zəiflətmək üçün HƏMAS yaraqlı qruplaşmasının yaradılmasını maliyyələşdirib.
Yenixeber.org: Məlumata görə, Borrell Valyadolid Universitetindəki çıxışında bu haqda danışsa da, maliyyələşdirmənin təfərrüatlarını açıqlamayıb.
Nəşr qeyd edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu siyasi rəqiblərinin və bəzi KİV-lərin hökumətinin uzun illərdir Qəzza zolağında HƏMAS-a fəal dəstək verməsi ilə bağlı ittihamlarını rədd edib.(“Times of Israel”)