ABŞ-ın bu bazası da atəşə tutuldu -AÇIQLAMA
“İslam Müqaviməti Cəbhəsi” Suriyada Konoko neft sahəsində yerləşən ABŞ hərbi bazasını raket atəşinə tutub.
Yenixeber.org: Bu barədə qruplaşmanın bəyanatında deyilir.
Bildirilib ki, siyonist rejimin (İsrail – red.) Qəzzada xalqa qarşı qətliam aparmasına cavab olaraq sözügedən hücum həyata keçirilib.
Hücumun nəticələri ilə bağlı açıqlama verilmir.