Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Amerika aviasiyası bu dəfə İran qüvvələrini darmadağın edib qovdu -FOTO

Amerika aviasiyası bu dəfə İran qüvvələrini darmadağın edib qovdu -

 

Suriyanın Deyr əz-Zor əyalətində neft-qaz yataqlarının və "Konoko" qaz emalı zavodunun yerləşdiyi bölgəni kürdlərdən ibarət "Suriya Demokratik Qüvvələri"indən almaq üçün Bəşər Əsədi dəstəkləyən qüvvələrin daha bir hücumu iflasa uğrayıb

Yenixeber.org:  Bu dəfə İrana bağlı şiə silahlı birləşmələri bölgəyə irəliləməyə çalışıb. Lakin onlar ABŞ aviasiyasının sarsıdıcı zərbələrindən sonra darmadağın edilib və geri qaçıblar.

Xəbər verildiyi kimi fevralın 7-də əsasən "Vagnerin ordusu" kimi tanınan Rusiya özəl hərbi şirkətinin muzdlularından ibarət olmaqla 600-dan çox canlı qüvvə, çoxsaylı zirehli texnika kürdlərin nəzarətində olan "Konoko" qaz emalı zavodunu ələ keçirmək üçün hücuma cəhd edib. ABŞ aviasiyası hücum edən qüvvələrə üç saat ərzində sarsıdıcı zərbələr endirib və nəticədə 300-ə yaxın rus muzdlusu öldürülüb. O cümlədən İrana bağlı yaraqlılar da həmin hücum cəhdində itki verib. Bu hadisə həftələrdir ki, beynəlxalq mediada müzakirə olunmaqdadır.

"Anadolu" agentliyi özünün Deyr əz-Zordakı müxbirinə istinadla bildirir k, 4 gün əvvəl İran qüvvələri PKK/PYD qüvvələrinin nəzarətində olan Salihiyyə bölgəsinə cəmləşdirilib. Daha sonra onlar "Konoko" qaz emalı zavodunun ətrafına raket zərbələri endirməyə başlayıblar Artilleriyanın dəstəyi ilə İran qüvvələri "Konoko" zavodu ətrafındakı Cedide Akidat və Cedide Bakkara bölgələrində 22 nöqtəni tutublar.

 

Lakin ötən gün fevralın 26-da axşam saat 23.00 radələrində ABŞ döyüş təyyarələri İran qüvvələrinə və onların Salihiyyədəki düşərgələrinə güclü zərbələr endirib. Nəticədə İrana bağlı qüvvələr ciddi itki verərək ələ keçirdikləri mövqelərdən qaçmalı olublar. İtkilərin sayı barədə məlumat yoxdur. Pentaqon hələlik bu barədə məlumat yaymayıb.

Deyr əz-Zor bölgəsi Suriyanın neft-qaz yataqları ilə zəngin bölgəsidir. Bu regionda 11 iri neft yatağı yerləşir. Həmin yataqlarda Suriyanın karbohidrogen ehtiyatlarının təxminən üçdə biri cəmləşib. Kürdlərdən ibarət "Suriya Demokratik Qüvvələri" ABŞ-ın başçılıq etdiyi koalisiyanın hava dəstəyi ilə ötən ilin son aylarında Fərat çayının şərqinə doğru irəliləyərək "Konoko" qaz emalı zavodunu və ən iri neft yataqlarından olan "Əl Ömər" yatağını tutub. Hazırda Fərat çayının şərq əraziləri "Suriya Demokratik Qüvvələri"nin nəzarətindədir, çayın qərb sahilində isə kiçik əraziyə hələ də İŞİD nəzarət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam