Redaktor seçimi
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Günün xəbəri

Baş Prokurorluq generalın yenidən həbs olunmasını tələb etdi

Ermənistanın Baş Prokurorluğu Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu - Üçüncü Ordu Korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs olunmasını tələb edib.

Yenixeber.org xəbər verir ki, Ermənistan Baş Prokurorluğu Qriqori Xaçaturovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən girov və inzibati nəzarətə dəyişdirilməsi barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya şikayəti verib.

Hakim Armen Hovhannisyanın sədrliyi ilə keçirilən Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Qriqori Xaçaturovun həbs müddətinin uzadılması, onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin həbsdən inzibati nəzarətə götürülməsi və 20 milyon dram məbləğində girovla əvəz edilməsi barədə qərardan verilən apellyasiya şikayətini qismən təmin edib.

Qeyd edək ki, Q.Xaçaturov 2023-cü il fevralın 20-də saxlanılmışdı. O, vəzifə səlahiyyətlərindən istifadə etməklə çirkli pulların yuyulmasında, qanunsuz yolla əldə edilmiş əmlakın leqallaşdırılmasında ittiham olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam