Blinken Türkiyədədir
ABŞ dövlət katibi Entoni Blinken Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən səfər çərçivəsində İstanbula gəlib.
Yenixeber.org: Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Blinkeni İstanbul hava limanında Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ məsələləri üzrə ikili siyasi işlər müdiri Yaprak Balkan, ABŞ-ın Türkiyədəki səfiri Cefri Flek, ABŞ-ın İstanbuldakı baş konsulu Ciliya İdeh qarşılayıb.
Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir.