Türkiyə MİT və Polis FETÖ -yə qarşı əməliyyat aparıb
Türkiyə Kəşfiyyat İdarəsi (MİT) və Polis Əlcəzairdə “Silahlı Terror Təşkilatına üzv olmaq” cinayəti ilə axtarışda olan iki terrorçunun tutulması üçün birgə əməliyyat təşkil edib.
Yenixeber.org: Əməliyyatda yaxalanan Mustafa Tan və Mustafa Bircan əməliyyatlardan sonra Ankara Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinə təhvil verilib.
FETÖ üzvlərinin sözügedən terror təşkilatının Əlcəzair strukturunda olduqları, ABŞ-dəki təşkilat rəhbərləri ilə əlaqə saxlayaraq Əlcəzairdə təşkilati fəaliyyətlər təşkil etdikləri, təşkilata maliyyə dəstəyi verdiyi bildirilib. (Hurriyet)