Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“FETO” terrorçularının Gəncə-Qazax yardımçıları:təhlükəli Gülən Təhsil Konsepsiyaları


 

1. Gülənçi icraçılar – var, 2. Kifayət qədər ayrılmış maliyyə vəsaiti – var, 3. ABŞ MKİ-nin dəstəyi – var.

 

Azərbaycanlı Rövşən Lənkəranskinin qətli üçün Fətullah Gülənin ölkədən göndərilən sərmayələri

 

Xeberinfo.com: Məlumata görə Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Kahraman gözlənilmədən ağır vəziyyətdə xəstəxanaya aparılıb. Maraqlı və müəmmalı məsələdir: İsmayıl əfəndi məhz xarici səfərdən sonra ağır xəstələndi. Bu səfər 2016-cı il dekabrın 22-də baş tutmuşdur. Biz onun xarici səfərlərini izləyirdik. Hələ də müəmmalı sual çıxır ortaya. FETO-çu həkim heyətinin onun ətrafında nə işi? Bəlkə İsmayıl Kahramanın da aqibəti mərhum Turqut Özalın aqibətinə çevriləcək? Bütün bu məsələlərə cavab verən səfirliyin təhlükəsizlik xidməti hara baxırdı? Bildiyimiz kimi İsmayıl əfəndi Ərdoğanın “sağ əli”-onun inanılmış adamlarımdan biridir. Türk Parlamentində bu gün həyati məsələlər həll olunur. Görəsən Ərdoğan hökuməti Türkiyədəki Güvən və Gülhanə xəstəxanalarında məxfi işlərini aparan FETO-çu həkimlərdən nə vaxt yaxa qurtaracaq? Hazırda Türkiyə göydən (süni qar yağmasından) yerdən isə məqsədli elektrik kəsilmələrindən əziyyət çəkir.

                              Anti-Azərbaycançı “FETO”çular

Xoca Fətullah Gülənin “FETO” terror təçkilatının və Gülən “Camaatı”nın ölkəmizdə anti-Azərbaycan istiqamətində apardığı fəaliyyətini araşdıran ekspert qrupunun rəhbəri Rövşən Novruzoğlunun xeberinfo.com-da yer alan silsilə yazıları gözlənildiyindən də geniş rezonans doğurmaqdadır. Bu dəfə isə Rövşən müəllimin Gəncə Dövlət Aqrar Universitetinin tədris işləri üzrə prorektoru Anar Nizami oğlu Hətəmov cənablarına bir mesajı var:

“Mən Sizin göndərdiyiniz rüşvəti qaytardım...Sizə fürsət verirəm ki, məni tanımaq üçün bir az da axtarış edin. Sizə və Sizin Respublika Kənd Təsərrüfatı Nazirliyində əyləşən himayədarlarınıza hələlik xəbərdarlıq edirəm. Onsuz da ölkə başçısı sizin kimilər haqqında ciddi cəza ölçüsü müəyyən edib. Məsləhət görərdim ki, şəxsən siz keşmişinizə nəzər salıb, yaxşı bir götür-qoy edəsiniz. Göndərdiyiniz rüşvəti isə Xocanıza qaytarın. Deyin ki, keçmədi...”

 

Artıq Türkiyəli iş adamları etiraf edirlər: “Nə qədər ki, İstanbulun Gecə Qubernatoru (söhbət ötən il İstanbulda qətlə yetirilmiş Rövşən Lənkəranskidən gedir) sağ idi, ölkə rahat nəfəs alırdı, şəhər və kəndlərdə terror yox idi, sakitlik idi. Ona görə ki, İstanbul Gecə Qubernatoru tərəfindən idarə olunurdu. Rövşən Lənkəranski Türkiyənin içtimai-siyasi mühitində Oğru dünyası ilə, Doğru dünyası arasında keçilməz sədd idi, möhtəşəm körpü idi. İndi o sədd yoxdur daha. Ölkədə sakitliyi təmin edən, terrora “Yox!” deyən azərbaycanlı Rövşən Lənkəranski artıq yoxdur.”

Dünyanın 27 ölkəsində terrorçu təşkilatı kimi tanınan Xoca Fətullah Gülən bu bədnam şərəfə 2 milyon dollar payladı. Məlumata görə Gülən əfəndi azərbaycanlı FETO-çulara ənam olaraq beş milyon dollar hədiyyə etdi. Türkiyənin Milli İstihbarat Təşkilatının (MİT) topladığı istintaq sənədlərinə gğrə Orta Asiya və RF-nın Təhlükəsizlik qüvvələri arasında “Terror Padşahı” kimi tanınan Xoca Fətullah Gülənin beş milyon dollarlıq qanlı hədiyyəsi Azərbaycanda üç istiqamətədə bölündü. Əsasən ölkənin təhsil sistemini viran qoyan, onu heçə endirən FETO-nun “Terror payı” daha şirin olub.

Pentaqon təhlilçiləri Pensilvaniyada qərar tutan və bilavasitə hərbi nazirliyinin Orta Asiya və Qafqaz, eləcə də bütövlükdə türk xalqlarına məxsus təhsil sisteminin iflic olunmasına yönələn “Mənəviyyata əlini uzat” saxta təhsil konsepsiyası üçün ümumilikdə Xoca Fətullah Gülən 19 milyard dollar ayırıb. (On doqquz milyard...)

Məlumata görə yaxın günlərdə Azərbaycanda təhsil sistemindəki Fətullah Gülən layihələrini, Gülən terrorçu mərkəzlərin icraçıları, üzvləri istiqamətində Türkiyənin istintaq materialları təhlil ediləcək. Qeyd edək ki, Türkiyənin həm hərbi, həm də MİT-nın əməkdaşlarına kifayət qədər məlumatlar ötürülüb. Və bu məlumatların qayəsini də Ulu Öndər Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycanı parçalamaq, onun beyin mərkəzlərini, həyat tərzini dəyişmək, daha çox əxlaqsızlığı, ləyaqətsizliyi, vicdansızlığı təbliğ etmək, vətənə, doğulduğu torpağa nifrəti artırmaq... təşkil edir. Göründüyü kimi FETO Terror Təşkilatı Azərbaycana qarşı xəttini, strategiyasını dəyişməyib. “Slikon Qrafiks” – Strateji Məlumatlar Bürosunun xətti ilə MKİ Azərbaycandakı Gülənçilərə ünvanlanmış çağırışda hələlik boş qalan vitse-prezidentlərin ən azı ikisinə sahib olmaq üçün yeni təlimatlar göndərib. Və bu təlimatların da ABŞ-ın Azərbaycandakı Diplomatik Korpusu vasitəsilə icra olunması nəzərdə tutulub. Demək, məsələnin həlli üçün hər şey var: 1. Gülənçi icraçılar – var, 2. Kifayət qədər ayrılmış maliyyə vəsaiti – var, 3. ABŞ MKİ-nin dəstəyi – var.

“FETO” terrorçularının Gəncə-Qazax yardımçıları:

Faktiki olaraq millətin vicdanına, qeyrətinə, namusuna, əxlaqına, zəngin mənəvi dəyərlərinə hakim olmaq üçün... Feto Terrorçu Təşkilatı ilə aramızdakı məsafə cəmisi bir addımdır. Daralmış bu məsafədə istərdim ki, təmiz və vicdanlı adamlar ölkə başçısı cənab İlham Əliyevin yanında olsunlar, ona sığınsınlar, ailəsinə... ailə şərəfinə sığınsınlar.

Cənablar! Xoca Fətullah Gülən tərəfindən əyninizə geyinmiş olduğunuz General libasını soyunub, atın. Onsuz da xəyanətinizə görə sizləri soyunduracaqlar. (Lap Türkiyədəki kimi). Ulu Öndər Heydər Əliyevin sizlərə verdiyi çörək haramınız olsun! (Bu qarğış deyil, bu görüntüdür.)

Bakıda Fetoçu terror təşkilatı ilə bağlı toplanmış istintaq materiallarını araşdıran Türkiyə MİT-nın fikrincə, əldə olunan yekun materiallar ölkə başçısına təqdim olunacaq. Uzun illərdən bəri aparılan tədqiqatın yekun məlumatları məlumdur...

İstintaq materiallarında məlum olur ki, Fətullah Gülənin terrorla işlərini quran “Camaatı” bu il əsas hədəflərdən biri kimi ölkənin təhsil sisteminə hücumlarını gücləndirəcək. Xüsusən Azərbaycanın Gəncə-Qazax regionlarındakı orta məktəblərdə yarımçıq qalmış Gülən Təhsil Konsepsiyaları nəyin bahasına olursa-olsun tamamlanmalıdır. Ola bilsin ki, ABŞ-ın Bakıdakı Diplomatları da Gəncə-Qazax regionlarında görünsünlər. Məlumata görə Xoca Fətullah Gülənə məxsus “FETO” terror təşkilatı tərəfindən regionların təhsil sisteminə təlimatlar da göndərilib. Hazırki şəraitdə biz buna təbii baxırıq. Digər bir tədqiqat materialında bildirilir ki, 2016-cı ilin dekabr ayının birinci ongünlüyündə Tovuz, Qazax, Ağstafa rayon təhsil mərkəzlərində Fətullah Gülən adlı birisi (şübhəsiz Fətullah Gülən) “Azərbaycanın dostu”, “Bizim xilaskarımız”, “Təhsilimizin babası”, “Basılmaz qalamız”, “Dünyanın bir saylı xeyriyyəçisi”... və s. kimi təbliğ olunub, qoca Terrorçunun rəngli foto-şəkilləri, Bakıda hazırlanmış rəngli döş nişanları paylanılıb. Türkiyəli araşdırıcı Doktor Əmrah Çayoğlunun məlumatında bildirilir ki, bütün bunlar Azərbaycanın Təhsil Nazirliyindən idarə olunur. (?). Araşdırmalarımız tam bitmədiyi üçün Tovuzun, Qazaxın, Ağstafanın eləcə də Şəmkirin, Gədəbəyin təhsil sistemində həmçinin digər büdcə təşkilatlarında özlərinə yer edən... Fətullah Gülənin türrorçu üzvləri sırasında bir başa Pensilvaniyaya telefon edənləri də hələlik açıqlamaq istəməzdik.

Mən hələlik dedim. Fətullah Gülənin maliyyə dəstəyindən asılı qalan Gülən Camaatının dilənçiləri üçün “abır” və “həya” anlayışları da yoxdur. Təhlillər zamanı çox ciddi bir məqama da rast gəldik. Məlum oldu ki, Bakıdan (Təhsil Nazirliyindən) göndərilən çox “ciddi” bir təlimatda bildirilib ki, Tovuz, Qazax, Ağstafa rayon məktəblərində 16 avqustda (2016-cı il) Türkiyədə Xoca Fətullah Gülənçilər tərəfindən qətlə yetirilən azərbaycanlı Rövşən Lənkəranskinin adının çəkilməsi qadağan olundu. Bu təlimat da Bakıdan gəldi. Amma terrorçu Fətullah Gülən haqqında ayrıca tədris proqramlarının tutulması da məsləhət bilinib. Görən bu millətdən qisas alan kimlərdir?

Məlumata görə Xoca Fətullah Gülənin işarəsiylə Azərbaycan nəşriyyatlarına qadağan olunub ki, Qarabağ həqiqətləri çərçivəsində, torpaqlarımızın işğalı ilə bağlı erməniləri ifşa edən kitabları çap etməsinlər. Bildiyimə görə bunun üçün nəşriyyatlara Gülənçilər maliyyə hədiyyələri də ediblər. Və yaxud Azərbaycanda ayrı-ayrı nazirliklərə də xüsusi tapşırıq verilib: “...Heç kəs ermənilərlə bağlı kitab çap etdirməsin”. Bu da Xoca Fətullah Gülənin arzularından biri kimi qalır.

Məlumatlar içərisində çox qəribə məqamlar var. Məsələn iddia olunur ki, Tovuz, Qazax, Ağstafa, Şəmkir orta məktəblərində aparılan tikinti-təmir proseslərində milyonlarla manat maliyyə pozuntuları kifayət qədərdi. Məktəblərdə tikinti-təmir işlərini boynuna götürən, saxta layihələrə imza atan... “XXI əsr” MMC tikinti-təmir təşkilatının başçısı da Fətullah Gülənçi çıxdı. Təşkilata başçılıq edən “Ağstafa su-törəmə” MMC-nin direktoru Vaqif İsrafil oğlu Məmmədov ABŞ-da olarkən şəxsən Fətullah Gülənlə görüşənlərdən biri olub. (Hazırda biz bu məsələləri Türkiyənin MİT-ı və KİV-lə dərindən araşdırmaqla məşğuluq). Artıq məlumata görə Şəmkirdə qərar tutan “XXI əsr” MMC-nin rəhbərliyilə, onların Fətullah Gülən əlaqələriylə bağlı “Anti Korrupsiya və Anti Terror Strateji Araşdırmalar Mərkəzi”ndə də ciddi araşdırmalar aparılır. Ümumiyyətlə ABŞ-ın Pensilvaniya ərazisində MKİ-nə sığınan Azərbaycanın və millətin düşməninə çevrilmiş Xoca Fətullah Gülənlə, onun “FETO” terror dəstəsi ilə Azərbaycandan ümumilikdə 93 nəfər adam görüşüb və onların da hər birinə vəzifələr, yüksək maliyyə dəstəkləri vəd olunub... Olsun. Bütün bunlarda addımlar geciksə də, hələlik böyük maraq doğuracaq.

Başqa bir məlumatda o da bildirilir ki, “XXI əsr” MMC və “Ağstafa su-törəmə” MMC kimi qondarma tikinti-təmir təşkilatları qeyri-qanuni yolla əldə etdikləri gəlirlərdən onların başı üstündə dayanan Gülən “Camaatı”nın bank hesablarına köçürülür. Məsələnin üstü açılandan sonra Gülən Camaatı əldə etdikləri yardımları üçüncü şəxslər və yaxud qapalı qurumlar vasitəsilə Xoca Fətullah Gülənin başçılıq etdiyi “FETO” terror təşkilatına ödəməyi daha üstün saydılar. (Əldə olunan digər bir məlumatda isə bu da bildirilir ki, Gəncə-Qazax regionlarında bu azmış kimi, enerjinin satışı zamanı əldə olunan qeyri-qanuni gəlirlərin, həmçinin enerjinin paylanması zamanı əldə olunan əlavə gəlirlərin də bir qismi Gülən terroru üçün ayrılır. Biz bunu araşdırmaqda davam edirik.)

Araşdırma materiallarına görə Azərbaycanda Fətullah Gülən “Camaatı”na 2005-ci ildən nökərçilik edən və “FETO” terror təşkilatına maliyyə yardımı edən şirkətlərn, bankların, iş adamlarının, nazirlik və komitələrin... adları, ünvanları, digər imzalı, möhürlü sənədlər İstanbulda çapa hazırlanan “FETO terrorçuları və Azərbaycan” kitabında öz əksini tapır. Məhz bundan sonra Azərbaycanda nələrin baş verəcəyini anlamıram. Bildiyimizə görə Fətullah Gülənlə sıx əlaqələrə malik rayon icra hakimiyyətlərinin rəhbərləri sırasında olanlar artıq yır-yığış edib qaçmaq üçün məqam gözləyirlər... Ola bilsin (Bəlkə də bu belədir. Çünki bu sahədə biz artıq ustalaşmışıq.) məsələn İstanbulda Fətullah Gülənin “FETO” terrorçuları tərəfindən azərbaycanlı “Avtoritet” Rövşən Lənkəranskinin qətlə yetirilməsində məhz Azərbaycandan həm işarə olub, həm də kifayət qədər maliyyə dəstəyi sərf edilib.

Digər tərəfdən artıq ölkə başçısının Türkiyə MİT-da Fətullah Gülənin “Siyasi bazaları” kimi tanınan və çap olunan kitabda “Gülən dərsi” adı almış Gəncə Dövlət Aqrar Universitetiylə, eləcə də Gəncə Dövlət Texnologiya Universitetiylə bağlı atılacaq ciddi siyasi addımlar... gözlənilməz əks-səda versin. Biz bu haqda çox ciddi fakt və arqumentlərə söykənmiş araşdırmalarımızı da yekunlaşdırmışıq. Fətullah Gülənin zəncirinə gəlmiş bu üzdəniraq “alimlər və onların həm bic və həm də gic” xidmətçiləri anlamadırlar ki, bu ölkəni quran, yaradan və sizin qanlı caynaqlarınızdan qoparıb yaşadan Ulu Öndər Heydər Əliyevin ideyalarını məğlub etmək olmaz? O kişinin ideyaları sağdır, cürətiniz yoxdur o ideyaların işığı ilə üz-üzə dayanasınız. Adları qeyd olunan regionlar sırasında tikilən, qurulan və Heydər Əliyevin adını daşıyan “Mərkəzlər”də necə ola bilər ki, “Gülən təlimləri” keçirilir. Bu məlumatdır. Ancaq yetişən gəncliyi, ölkənin müstəqilliyi və torpaqları naminə şəhid və itkin düşən ailələrin, övladların sağalmaz yaralarından biri olan məlumatdır. Biz hələlik qurtarmadıq. Qoyduğumuz məsələni həll etməyincə dayanan deyilik. Bu yolda Türk qardaşlarımıza da minnətdarıq. Çünki onların da bu hadisələrdə gözləmələri var... Çox ciddi gözləmələri...

Biz məsələni burda saxlayıb, yenə bir xatırlatmanın üstündə dayanırıq. İstanbulda törədilən terror cinayətlərinin hər ikisi də (RF-nın səfirinin və Rövşən Lənkəranskinin) Amerikada özünə məskən quran “Terror Padşahı” Fətullah Gülənin fitvası ilə icra olunub və hər iki terror Mərkəzi Kəşfiyyat İdarəsində işlənilib. Hər iki qətl siyasi sifariş, yəni siyasi qətl kimi sənədlərdə qeyd olunur.

Araşdırma materialları göstərir ki, Rövşən Lənkəranskinin qətli bütöv Türkiyənin parçalanmasına, RF-dakı azərbaycanlılar arasında qarşıdurmaların artmasına və nəticədə hər iki ölkə ərazisində münaqişələrin baş verməsinə yönəlmiş strateji bir qətl idi.

Tədqiqatlarımızda çox önəmli və maraqlı bir məsələ var. Əldə olunan məlumata görə azərbaycanlı Rövşən Lənkəranski Moskva və Ankara arasında (daha dəqiq ölkələr arasında) pozulmuş və yaxud məqsədli şəkildə dağıdılmış münasibətlərin bərpa olunması üçün həm şəxsən Ərdoğan və həm də Putin admnistrasiyalarına “...insanları sevdiyim üçün yazıram...” başlıqlı məktubları olub. Amma nə baş verdi. Məlumata görə həm Türkiyəli, həm də Rusiyalı “məmur-çinovniklər” məktubları götürməklə kifayətləndilər. Yəni məktublar nəzərdə tutulan ünvanlara çatmadı. Amma bildiyimizə görə Rövşən Lənkəranski məktublarında iddia edirdi ki, Moskva və Ankaranın ortaq düşməninə çevrilmiş, ABŞ-ın MKİ-nə sığınmış Fətullah Gülən Camaatına qarşı mübarizədə Azərbaycan kənarda qalmasın. Çünki Gülən “Camaatı”nın üzvləri Azərbaycanın əsas strateji mərkəzlərinə soxularaq, necə deyərlər “Dənizdən işarəni gözləyirlər”. Moskva və Ankaranın yaxınlaşması Bakıdakı “Gülənçiləri” çox qorxudur və o da məlumdur ki, günün birində onlar terror təşkilatının üzvləri kimi ittiham olunacaqlar.

Türkiyəli təhlilçi, polkovnik Murad Kamal yazır ki, “...azərbaycanlı “FETO”-çular öz ölkələrinə, öz prezidentlərinə... qarşı daha amansız və qəddar davranırlar. Həmişə məqam gözləyən bu “zatı bilinməyənlər” üçün Azərbaycan anlayışı yoxdur. ...ABŞ MKİ-si onların arasında taktiki bölgülər da aparılıb. Yəni kim harda qalacaq, kim harda nəyi idarə edəcək. Azərbaycandakı Fətullah Gülən “Camaatı” indi yeni bir qorxunun dalğası ilə üz-üzə dayanıb. Moskva və Ankara artıq Gülən Camaatına qarşı mübarizədə birləşdilər...”

Bu yaxınlaşmanı bilavasitə həyata keçirən Türkiyəli iş adamı Davud Çağlar, azərbaycanlı iş adamı Abbas Abbasov və Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulətipov oldu. Ədalət naminə Türkiyə MİT-i iddia edir ki, bu missiyanın başçılığı Rövşən Lənkəranskiyə məxsusdur. İstihbaratçılar bunu da qeyd edirlər ki, Rövşən Lənkəranski “...iti zehnə, güclü yaddaşa malik bir adam olub...”

Təhlillərimizə görə Rövşən Lənkəranski heç bir nəzərdə tutulan “razborka”nın qurbanına çevrilməyib. O, ABŞ kimi böyük bir dövlətin regiondakı maraqlarına mane olduğu üçün Gülən Camaatının qurbanına çevrildi. Çünki Rövşən Lənkəranski içtimai-siyasi mühitdə öz əxlaqı ilə, zəngin mənəvi dəyərlərilə, insanlara bəslədiyi hörmət və ehtiramı ilə diqqətdə idi. (Təəssüflər olsun ki, Azərbaycan tərəf Rövşən Lənkəranskini yaxşı və ətraflı təhlil edə bilmədi. Müqayisə üçün yadınıza bir məsələni salım. Məsələn ermənilər oğru dünyasında az-çox tanınan Veqa haqqında yazılan 14 kitabı yandırdılar. Çünki yazılan kitablarda erməni Veqa lotu, adi bir detektiv qəhrəmanı kimi təsvir olunurdu. İş adamları bir araya gələrək Veqa haqqında ciddi bir kitabın nəşri üçün birləşdilər və onu lotu kimi, oğru kimi tanıdanlara qarşı çıxdılar...)

Mənə dedilər ki, Türkiyənin hökumət və dövlət idarələrində Rövşən Lənkəranskinin foto-şəkilləri var. İnsanlar fərdi qaydada İstanbulda heç bir qurumun yarada bilmədiyi sakitliyi və əmin-amanlığı yaradan, terrora qarşı duran Rövşən Lənkəranskinin fotolarını gəzdirirlər... Amma bizim özümüzə məxsus təhlillərimiz var. Bizim bu təhlilləri hələ heç kəslə bölmək fikrimiz də yoxdur. Sadəcə İstanbulda çapa hazırlanan və iştirakçısı olduğumuz “FETO terroru və Azərbaycan: dəstək verənlər, gözləyənlər, icraçılar...” kitabın nəşrini gözləyirik. Biz həmin kitabı oxuyub, imzamızı atmışıq. Çünki Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycanı heç kəs parçalayıb, dağıda bilməz.

Sonda “Gülən Camaatı”na belə bir mesajımız var: İmkan varsa, təmizlənib çəkilin bir kənara. Və yaxud imkan varsa bu məmləkətdən qaçın. Baş götürüb “kişi kimi” qaçın.

 

 

 

Rövşən Novruzoğlu.

Milli Təhlükəsizlik üzrə ekspert, politoloq

 

Redaksiyadan: yazıda adları hallanan tərəfləri də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam