Keçmiş zabit FETÖ-nün rəsmi qurumlara qəbul imtahanlarındakı fırıldaqları yolu ilə sızdıqlarını etiraf edib

Yenixeber.org: 22 ildir FETÖ üzvü olan və ciddi peşmançılıq müddəaları şamil olunan keçmiş zabit təşkilatın imtahan fırıldaqları ilə rəsmi qurumlara necə sızdıqlarını danışıb.

Türkiyə mediası xəbər verir ki, ölkədə rəsmi olaraq terror təşkilatı elan edilən Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq çərçivəsində vaxtilə təşkilatda məsul vəzifələr daşıyan və məhkəmə prosesində qanunvericiliyin peşmançılıq müddəlarından yararlanan təşkilat üzvləri dövlət qurumlarına FETÖ-nün hansı yolla adamlarını yerləşdirməsi ilə əlaqədar diqqətçəkici etiraflar ediblər.

“Anadolu” agentliyində yer alan araşdırma yazısında yarandığı gündən bu təşkilata üzv olmayanlara yaşamaq hüququ tanımayan FETÖ-nün qaranlıq siması uzun illərdir təşkilatın yüksək səviyyələrində xidmət etmiş şəxslərin ifadələri ilə ortaya çıxır. Onlardan biri də 22 ildir təşkilatda çalışan keçmiş bir zabitdir. Yüzlərlə təşkilat üzvünün adını çəkərək peşmançılıq qanunundan bəhrələnən etirafçı ifadələrində təşkilata necə daxil olduğunu və verilən tapşırıqları bir-bir sadalayab.

Fətullah Gülən uğrunda ölmək istəyənlər hərbi liseyə yerləşdirilib

Etirafçı zabit lisey imtahanı verməzdən əvvəl hərbi liseydə oxumaq istədiyi barədə soruşulduğunu və təklifi qəbul etdiyini, hərbi məktəbə qəbul imtahanının suallarının necə verildiyini danışıb:

“Təklifi verən “abi” mənə forma və blanklar gətirdi. Onları doldurarkən, cərəyana nə qədər bağlı olduğumu sübut etmək üçün məni sınaqdan keçirdilər. Abi mənə dedi: “Xoca əfəndini (Fətullah Güləni) qorumaq üçün bir qumbara varsa, onun qoruyucusunu çəkərsənmi? Sən Xoca əfəndi üçün özünü qurban verərsənmi?”, – deyə soruşdu. “Bəli” dedim. Daha sonra formaları doldurduq. Ailəm də etiraz etmədən blankları doldurdu. Blankları axşam abiyə verdim, götürdü və çatdırdı. Onu hara apardığını bilmirdim. 1994-cü ildə Kuleli Hərbi Liseyinə imtahan verməmişdən iki gün əvvəl qardaşlar imtahanda olacaq 50 sualı mənə gətirdilər: “Sualları həll elə, cavabını yadda saxla”, – dedilər. İmtahanda suallar abilərin gətirdiyi suallarla eyni idi. İmtahandan müsabiqəsiz daxil olmaq üçün yetərli olan yüksək bal topladım. Abilər məni təbrik etdilər və iki həftədə bir dəfə evə mülki geyimdə gəlib-getməyimin vacibliyini dedilər”.

FETÖ istintaqında çərçivəsində etirafçı H.E. ifadəsində təşkilatın şübhəli şəxs qismində istintaqa cəlb olunan Bayram Apakın təşkilata aid bütün polisləri toplayaraq polis rəisi olmaq üçün imtahan sualları və cavablarını payladığını və bu üsulla imtahandan keçdiklərini bildirib. Təşkilat daxilindəki vəzifələri də yada salan, 200-dən çox adamın adını vilayət üzrə imamları və təşkilatdakı həmkarlarının kimliyini açıqlayan H.E. təşkilatın daxilindəki yığıncaqlardakı çıxışlardan da danışıb.

“Mavi Mərmərə” etirafı

Bölmə zabiti olaraq qatıldığı vilayət üzrə məşvərət toplantısından bəhs edən H.E. təşkilata üzv polis rəisinin müavini olan namizədlərin sayı qədər paqonlarn FETÖ lideri Fətullah Gülənə aparıldığını deyib: “Güləndən verilən rütbələrin oxunması və dua edilməsi istənilib. Gülən paket şəklində özünə gələn paqonları oxudu və dua etdikdən sonra bu paqonlar kursda müvəffəq olmuş və məzun olan təşkilat üzvlərinə verilib. Bu paqonların vəzifə başında bəzi çətinliklərdən və bəlalardan qoruduğu fikri var idi”.

Keçmiş polis məmuru 2010-cu il may ayının sonlarında İsrailin “Mavi Mərmərə” gəmisinə hücumu ilə başa çatan qalmaqaldan sonra Bayram Apakın təşkil etdiyi vilayət məşvərət iclasındakı söhbətə diqqət çəkib: “B.Apak bizimlə öz aramızda qalması şərti ilə bəzi mətləbləri açdı. Baş nazir Rəcəb Tayyib Ərdoğanı nəzərdə tutaraq “Mavi Mərmərə” məsələsində uğur qazansaydı, nə xaricdəki türk məktəblərinin fəaliyyətini dayandırar, nə də “Türkcə Olimpiada”larını qadağan edərdi”.

FETÖ-nün Xarici İşlər Nazirliyini fəth etməsi

Təşkilat tərəfindən Milli Kəşfiyyat İdarəsi (MKİ) daxil olmaqla, dövlət qurumlarına kadr yerləşdirmək üçün açılan “xüsusi ev”lərə qarşı açılan cinayət işində “təşkilat rəhbərliyi”ndə təmsil olunduğuna görə saxlanılan şübhəli H.A., məmur kimi çalışdığı müddət başa çatdıqdan sonra Ankaraya qayıtdığını və yenidən evlərə çağırıldığını, orada qalıb dövlət qurumları tərəfindən təşkil edilən imtahanlara hazırlaşdığını qeyd edib.

Təqsirləndirilən H.A. imtahanlarla əlaqədar təşkilatın maraqlı strategiyalarını belə izah edib: “Ankarada qaldığım evdə bizə cavabdeh olan C.G. Xarici İşlər Nazirliyindən imtahan verməyimi tələb etdi. Səbəb olaraq, bu nazirlikdə təşkilat üzvlərinin sayının az olduğunu göstərdi. Nazirlik imtahanına hazırlaşmağa başladıq. Bir ildən çox hazırlaşdıq. Xarici İşlər Nazirliyinin imtahanı test və yazılı imtahandan ibarət idi. İmtahandan 1-2 gün əvvəl həm test, həm də yazılı mərhələ sual bankını gətirdilər. Bu bankda olan bəzi suallar imtahanda düşürdü. Bəziləri eyni idi, bəziləri yox idi. Mövzu eyni idi, yalnız soruşma forması fərqli idi”.

Təqsirləndirilən H.A. qurumdan tanıdığı üzvlərini müəyyənləşdirərək eyni evdə qaldığı şəxslərin adını bir-bir verib nazirlikdəki təşkilat üzvlərini də müəyyənləşdirib. Təqsirləndirilən şəxs, adlarını verdiyi şəxslərin 3-nün rayon rəhbəri olduğunu edib.

Xarici İşlər Nazirliyində işə başladıqdan sonra təşkilatın bir evində bu nazirliyin imtahanına hazırlaşanlara cavabdeh kimi işləməyə başladığını ifadə edən şübhəli H.A. evdəki hazırlaşanlara sual bankına cavabdeh şəxsdən sualları alıb verdiyini etiraf edib.

FETÖ-nün “nöqtə” taktikası

FETÖ Türkiyə Silahlı Qüvvələrinin tərkibindəki təşkilatlanması istintaqında etirafçı olan şübhəli A.H.-nin tibbi arayışlala bağlı açıqlamaları diqqət çəkib. A.H. Dəniz Hərbi Məktəbinə daxil olan şagirdlərin Kasımpaşa Hərbi Hospitalında Tibb İdarəsindən sağlamlıq arayışı alan zaman təşkilat üzvlərinin bir-birlərini tanıması üçün istifadə etdiyi üsulu açıqlayıb:

“Təşkilat üzvü olan kursantların Tibb İdarəsində xidmət edən FETÖ-yə üzv olan həkimlər tərəfindən tanınmasını asanlaşdırmaq üçün sağlamlıq arayışının yuxarı sağ hissəsində nöqtə qoyulurdu. Bu şəkildə təşkilata üzv kursantların tibbi yoxlamadan keçməsi təmin edilirdi. Sağlamlıq arayışı almağa gedən kursantların bu yolla sənədlərinə qeyd etmək üçün bir təlimat verildi”.

Təşkilat üzvlərinə dövlət təşkilatların qəbul imtahanlarında yazılı imtahanlarda tətbiq olunan oxşar taktikanı şübhəli şəxs H.A. belə etiraf edib:

“Xarici İşlər Nazirliyinə qəbul üçün aparılan yazılı imtahandan əvvəl “sual sənədlərinin arxasında nöqtə ilə bir işarə qoymalısınız”, – dedilər. Nöqtə işarəsi qoyduğunuz halda imtahan vərəqlərini oxuyanlar bilirdilər ki, bu təşkilatla əlaqəliyik və daha yüksək qiymət verirdilər. Görünə biləcək şəkildə nöqtə qoydum. İmtahandan bu üsulla keçdim. Bu metod sayəsində XİN-də təşkilatla əlaqəsi olanların sayı artdı”.(aztoday)

Orxan Məmmədli