Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Düşüncəm özümə niyə ar gəlir

 

Gülüşün çəkisi qəmlə ölçülər,
Kefinin düzəni dəmlə ölçülər,
Zəkanın nisbəti kəmlə ölçülər.
Baxıram, bu dünya mənə dar gəlir,
Düşüncəm özümə niyə ar gəlir?...
*****
Şair var qələmi güllü- çiçəkli,
 Saplağı çürüksə yaşıl ləçəkli,
 Libasıı əynində bərli- bəzəkli.
Misrası söyləyir, yenə yar gəlir,
Düşüncəm özümə niyə ar gəlir?
*****
Yazır ki, qış gəlir, amma zor gəlir,
Avazı pis deyil, amma xor gəlir,
Deyirəm, agah ol, yenə sor, gəlir.
İnsanın dərdi çox, ahu- zar gəlir,
Düşüncəm özümə niyə ar gəlir?
****
Suallar fırlanır daim başımda,
Cavablar dikəlib durur qarşımda.
Yazın siz, bunları qəbir daşımda,
Bilmişəm, axır ki, dünya dar imiş,
Bülbülə dərd olan əcəb XAR imiş...
*****
Dünyanın hər işi tərsə fırlanır,
Öyrənsən həyatı dərsə fırlanır,
Qaçsanda hayana ərşə fırlanır.
Bəlkədə, özümün könlü dar imiş,
Bu həyat bu üzdən mənə AR imiş!...
Təranə Şəms. 16.12.2023

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam