Ermənistan yeni raket sistemləri alacaq - Hindistandan
Ermənistan Hindistandan “Akaş” qısa mənzilli zenit-raket kompleksləri ala bilər.
Yenixeber.org: Kompleks qrup və ya avtonom rejimdə eyni vaxtda bir neçə hədəfi vura bilir. Sistem daxili elektron əks tədbir imkanlarına malikdir. Bütün silah sistemi mobil platformalarda yerləşir.
"Akaş" 4-25 kilometr radiusda uçan helikopterləri, döyüş təyyarələrini və dronları vura bilir. Kompleks tam avtomatikdir, hədəfləri aşkar edir və məhv edir.
Bildirilir ki, "Akaş"ın Ermənistana ixracı nəzərdən keçirilir.
2022-ci ilin oktyabrında Ermənistanın Hindistandan pilotsuz uçuş aparatları, raket və artilleriya sistemləri sifariş etməsi barədə xəbərlər yayılıb.