Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ceyhun Bayramovdan sülh prosesi ilə bağı açıqlama

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov video-konfrans formatında baş tutmuş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 47-ci iclasında çıxış edib.

Yenixeber.org: Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

2023-cü il ərzində QDİƏT-ə sədrlik edən qardaş Türkiyə Respublikasını uğurlu və dinamik sədrlik münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, bu istiqamətdə QDİƏT-i praktiki əməkdaşlıq və konkret layihələrə fokuslanan Təşkilata çevirməklə bağlı Türkiyə tərəfindən göstərilən səylərin təqdirəlayiq olduğunu ifadə edib.

Çıxış zamanı QDİƏT-in növbəti illər ərzində prioritetlərini müəyyən edəcək İqtisadi Gündəliyinin yekunlaşdırılmasının, xüsusilə nəqliyyat və bağlantıların genişləndirilməsi istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Ölkəmizin bölgədə nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində əməli addımlar atdığını, bu istiqamətdə görülən işlərin öz növbəsində Orta Dəhlizin imkanlarının genişləndirilməsinə də töhfə verəcəyi vurğulanıb. Bu sahədə, tranzit axınlarının rəqəmsallaşması, habelə “Rəqəmsal İpək Yolu” layihəsinin həyata keçirilməsi istiqamətində Mərkəzi Asiya və Qara dəniz regionlarından olan tərəfdaşlarla yaxından fəaliyyət göstərdiyimiz diqqətə çatdırılıb.

Enerji təhlükəsizliyi sahəsində Cənub Qaz Dəhlizi layihəsinin genişlənməsinin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov bu istiqamətdə "yaşıl enerji" sahəsinin inkişafının prioritetimiz olduğunu bildirib.

Növbəti il ərzində ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov sözügedən tədbirin qlobal iqlim dəyişikliyinin qarşısının alınmasına töhfə olması üçün ölkəmizin bütün səylərini səfərbər edəcəyini söyləyib.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə iştirakçıları məlumatlandıran nazir Ceyhun Bayramov hazırda bölgədə sülh quruculuğu üçün münbit şəraitin, habelə Təşkilat çərçivəsində də qarşılıqlı faydalı əməkdaşlıq üçün imkanların yarandığını qeyd edib. Ölkəmizin Ermənistanla normallaşma və sülh prosesini irəlilətməkdə qərarlı olduğu bir daha vurğulanıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam