Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Səfirlər Moskvada görüş keçirdi

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkədə diplomatik korpusun duayeni qismində Yaponiyanın Moskvaya yeni təyin olunmuş səfiri Akira Muto ilə görüşüb.

Yenixeber.org xəbər verir ki, görüşdə Polad Bülbüloğlu həmkarını təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Polad Bülbüloğlu həmkarına uğurla həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri və nəticədə Azərbaycan Respublikasının öz ərazisi üzərində suverenliyini tamamilə bərpa etməsi barədə ətraflı məlumat verib. Erməni əhalisinin könüllü şəkildə köçməsi ilə bağlı Azərbaycan tərəfinin həyata keçirdiyi humanitar tədbirlər Yaponiya səfirinin diqqətinə çatdırılıb. 

Beynəlxalq təşkilatların nümayəndələrinin təsdiqlədiyi kimi, bu prosesdə dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədiyi vurğulanıb. Səfir Polad Bülbüloğlu Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycanın hüquqi və sosial-iqtisadi sahəsinə reinteqrasiyası ilə bağlı ölkəmizin təklifləri barədə də ətraflı məlumat verib. O, Xankəndidə müvafiq dövlət strukturları tərəfindən humanitar və sosial yardımların göstərilməsinin davam etdirildiyini diqqətə çatdırıb, eləcə də Azərbaycan Respublikasını Prezidentinin Administrasiyası və Ermənistan Baş naziri Aparatının birgə bəyanatı barədə məlumat verərək, bu sənədin iki ölkə arasında etimad guruculuğunun möhkəmləndirilməsi istiqamətində ilk addımın olduğunu bildirib. Səfir xüsusilə vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında mehriban qonşuluq münasibətlərinin qurulması Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsinin yeganə yoludur.

Söhbət zamanı Akiro Muto Naxçıvandan nəqliyyat kommunikasiyalarının açılması məsələsi ilə maraqlanıb. Yaponiya səfirinə bununla bağlı müvafiq məlumat verilib, İran ərazisində hazırda yolun inşa işlərinin aparıldığı bildirilib və xüsusilə Azərbaycanın regionda bütün kommunikasiyaların tezliklə bərpası və açılmasının tərəfdarı olduğu qeyd edilib. Bununla yanaşı, səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib. Daha sonra, Azərbaycan və Yaponiya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yaponiya səfiri maraqlı və faydalı görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Görüşün sonunda səfir Akira Mutoya Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş “Qarabağ işğaldan əvvəl və sonra” kitabı hədiyyə edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam