Araşdırmaçı jurnalist Hafiz Babalı saxlanılıb
Turan agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı saxlanılıb.
Yenixeber.org: Onun yaxınları bildiriblər ki, dekabrın 13-də günün ikinci yarısında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları jurnalistin Sumqayıtdakı mənzilində axtarış aparıb, sonra onu özləri ilə aparıblar.
Hafiz Babalı bundan öncə də Abzas Media İnternet- nəşrinin işi üzrə şahid qismində istintaqa çağırılıb. Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.(Turan)