Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Prezidentin xanımı İranda qadın imicini dəyişdirib

“Prezident İbrahim Rəisinin həyat yoldaşı, 58 yaşlı akademik Cəmilə Sədat Alamolhoda İranda ənənəvi qadın imicini dəyişdirib.
Hər hansı İran liderinin xanımı üçün ictimai şəkildə öz fikrini səsləndirmək olduqca qeyri-adi hadisədir, xüsusilə də əgər o, İslam Respublikasında sərt siyasi xətt yeridən birinin həyat yoldaşıdırsa, bu, daha qeyri-mümkün görünür”.

Yenixeber.org xəbər verir ki, bunu Britaniyanın “Financial Times” qəzeti yazıb.

BBC-nin Azərbaycan xidməti “Financial Times”ın məqaləsini yayıb.

Britaniya qəzetinə müsahibə verən Cəmilə Alamolhoda müəllim kimi fəaliyyət göstərdiyini və fəlsəfi nəzəriyyələrə fokuslandığını bildirib.

Təhsil fəlsəfəsi üzrə professor olan Alamolhoda həm də universitetin elm və texnoloji tədqiqatlar institutuna rəhbərlik edir.

Prezident Rəisi ilə 40 il əvvəl ailə həyatı quran Alamolhoda dərs keçməklə yanaşı, 8 kitabın müəllifidir və hazırda PhD dərəcəsi üzrə təhsil alır.

ABŞ siyasi mədəniyyətində yer alan “Birinci xanım” vəzifəsi İranda heç vaxt gündəmdə olmayıb.

“İranın əvvəlki prezidentlərinin xanımları çox nadir hallarda ictimai formada görünüblər və siyasətə heç vaxt təsir etməyə çalışmayıblar. Onların heç birinin Alamolhoda kimi təhsili və peşəkar elmi biliyi olmayıb”, - deyə Britaniya nəşri yazıb.

Cəmilə Alamolhoda qadınların rolu barədə fikirlərini bölüşməklə, eləcə də təhsilin vacibliyini önə sürməklə ölkədəki ənənəvi anlayışı parçalayır. Alamolhoda həyat yoldaşı ilə xarici səfərlərə gedərkən xarici medialara müsahibələr verir, Avropa liderlərinin xanımlarına məktub yazaraq onları Qəzzadakı müharibəni dayandırmaqda öz təsir imkanlarından istifadə etməyə çağırır.

“Lütfən, yoldaşınıza bildirin ki, müdaifəsiz qalan fələstinli uşaqların və qadınların öldürülməsini qınasın və sülhün əldə edilməsi üçün dərhal hərəkətə keçsin”, - Alamolhoda ötən ay yazdığı məktubların birində bunları qeyd edib.

Alamolhoda hər zaman digər cütlüklər kimi, “yoldaşımla məsləhətləşmədən heç nə etmirəm” desə də, “Financial Times”ın yazdığına görə, 2021-ci ildə Rəisi prezident olduqdan sonra onun ictimai həyatda rolu İranda ciddi araşdırmalara səbəb olub.

Lakin bu araşdırmalar ölkədəki ultra-mühafizəkarları heç vaxt qane etməyib və onlar Almolhodanı siyasətdən uzaq durmağa çağırıblar.
“Həyat yoldaşını siyasətdən uzaq tut”,- sərt mövqedə olan din xadimlərindən biri Cəlil Mohebbi ötən ay “X” sosial media hesabında yazıb.

İrandakı islahatçı siyasətçilər isə Alamolhodanı müdafiə edirlər və bildirirlər ki, İslam inqilabından bəri 40 il ərzində siyasətdə İran liderlərinin xanımlarının heç bir rolu olmayıb və indi Alamolhodanın xoş məqsədlər üçün öz fikrini səsləndirməsi çox yaxşıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam