Yanvarda Bakıya qar yağacaq?
Milli Hidrometeorologiya Xidməti 4-15 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında qar yağacağı, şaxta olacağı, güclü külək əsəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Qurumun rəisi Nazim Mahmudov Yenixeber.org-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Xidmət tərəfindən yanvar ayı üçün heç bir hava proqnozu verilməyib.