Suares də "Qızıl top" aldı
Luis Suares "Qızıl top" mükafatına layiq görülüb.
Yenixeber.org xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu Braziliya çempionatının ən yaxşı futbolçusu adını alıb.
36 yaşlı futbolçu çempionatın 33 matçında 17 qol vurub, 11 məhsuldar ötürmə edib.
Suaresin yanvarda amerikalı "İnter Mayami"yə keçəcəyi gözlənilir.