Azərbaycanlı şair dünyasını dəyişdi
Tanınmış şair Mətləb Məmmədoğlu 58 yaşında vəfat edib.
Yenixeber.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Onun ürəktutmadan dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Mətləb Məmmədoğlu 1965-ci il mart ayının 14-də Ağsu rayonunun Çiyni kəndində anadan olub.