ATƏT-dən Bakı və İrəvana təklif... -RƏSMİ
ATƏT sədrliyi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına yönəlmiş dialoqu dəstəkləyib.
Yenixeber.org: Bunu ATƏT-in fəaliyyətdə olan sədri və Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Skopyedə keçirilən iclasda deyib.
"Sədrlik Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin əldə edilməsinə yönəlmiş siyasi prosesin davam etdirilməsini dəstəkləyir", - o bildirib.
Osmani əlavə edib ki, ATƏT konstruktiv dialoq üçün platforma təklif edir.