Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Ermənistan prezidenti Zəngəzura gəlir -Yerli sakinlər təşvişdə...

 

Ermənistan mətbuatı yazır ki, prezident Vaaqn Xaçaturyan nəhayət təbrik və başsağlığı mesajlarından başqa, Ermənistanın daxili məsələləri ilə də maraqlanmaq qərarına gəlib.

Yenixeber.org  Ermənistan KİV-nə istinadən xəbər verir ki, Vaaqn Xaçaturyanın sabah Zəngəzur bölgəsinə üç günlük səfər edəcəyi bildirilib. Məlumata görə, prezident bölgədəki bütün əsas icmalara baş çəkəcək, regional hökumət və icma rəhbərləri ilə görüşəcək. Prezident bölgənin problemləri ilə tanış olmaq istəyir.

“Hraparak”ın məlumatına görə, son zamanlar ölkə siyasi rəhbərliyinin Zəngəzura “marağı” yerli əhali arasında müəyyən gərginlik yaradıb. Bəziləri isə istisna etmir ki, bəlkə də geosiyasi mərkəzlərin diqqətinə düşən Zəngəzurla dəhlizi ilə bağlı mühüm hadisələr gözlənilir və diqqətin əsas səbəbi də budur.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan da ötən şənbə günü Zəngəzurda olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam