Gömrük xidməti polkovniki vəfat etdi
Gövlət Gömrük Komitəsinin Akademiyasının baş mütəxəsisi, gömrük xidməti polkovniki Şəmsəddin Abışov vəfat edib.
Yenixeber.org-un məlumatına görə, 60 yaşlı polkovnik ürək tutmasından dünyasını dəyişib.
Ş.Abışov əvvəllər Azərbaycan ordusunda batalyon komandiri və ordu korpuslarından birində qərargah rəisi kimi xidmət edib.