Redaktor seçimi
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Günün xəbəri

Ceyhun Bayramov Mehdi Səfəri ilə Naxçıvanla kommunikasiya bağlantılarını müzakirə edib

 

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfəri ilə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparıblar.

Yenixeber.org xəbər verir ki, görüşdə iqtisadi-ticarət əlaqələrinin dinamikasının artması məmnunluqla qeyd edilib və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndirilib.

Görüşdə həmçinin, regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov Ermənistanın siyasi və hərbi təxribatlarına son qoymaq və qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmasını təmin etmək məqsədilə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri barədə ətraflı məlumat verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam