Redaktor seçimi
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Günün xəbəri

Bu da İranın ən son silahları... -SİYAHI

İran Rusiyada keçirilən “Armiya-2023” Beynəlxalq Hərbi-Texniki Forumunda müxtəlif növ pilotsuz uçuş aparatları, eləcə də elektron döyüş və radiokəşfiyyat vasitələrini təqdim edib.

Yenixeber.org: Xüsusilə, İran “Araş”, “Əbabil-5”, “Karrar” PUA-larını, eləcə də 200 km-ə qədər məsafədə təyyarə tipli dronları aşkar edən “Hunter-2” elektron döyüş sistemini nümayiş etdirib.

“O, təkcə müəyyən etmir, həm də hər cür məhvetmə sistemləri ilə birlikdə işləyir. Burada təqdim olunan sistemlərin hər biri döyüş istifadəsində zəngin təcrübəyə malikdir. İran Rusiya ilə müdafiə sahəsində əməkdaşlığa açıqdır”, - həmsöhbətlər bildiriblər.

Sərgidə həmçinin İranın istehsal etdiyi ilk elektron dron olan “Şahin” də təqdim olunur. Qurğu beş elektron mühərriklə təchiz edilib və iki-üç saat ərzində hərəkətdə ola bilir, maksimal uçuş hündürlüyü təxminən 4 km-dir.

İran həmçinin GB125 idarə olunan bombalar, Yasin döyüş təlim təyyarəsi, qayıqlar və gəmi əleyhinə SM-300 qanadlı raket sistemi nümayiş etdirib.

Forum avqustun 14-dən 20-dək Alabino poliqonunda və Kubinka aerodromunda keçirilir. Burada 7 ölkədən 85 xarici şirkət və təşkilat iştirak etməyi planlaşdırır.(TASS)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam