Redaktor seçimi
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Günün xəbəri

İnam Kərimov məhkəmə sədrləri ilə iclas keçirib-FOTO

 Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun rəhbərliyi ilə ölkəmizdə fəaliyyət göstərən apellyasiya instansiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərlərində yerləşən ixtisaslaşmış və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə görüş keçirilib.

Yenixeber.org: İnam Kərimov çıxışında məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı ölkə prezidenti tərəfindən həyata keçirilən islahatları diqqətə çatdırıb, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və məhkəmə-hüquq sisteminin yeni çağırışlara uyğun inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Bildirilib ki, yeni tərkibdə fəaliyyətə başlayan Məhkəmə-Hüquq Şurası tərəfindən artıq qısa müddət ərzində müxtəlif istiqamətlərdə, o cümlədən hakimlərin seçim prosesinin sadələşdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və digər sahələrdə konkret hədəflər müəyyən edilib.

Eyni zamanda məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyi, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin bundan sonra da həyata keçiriləcəyi diqqətə çatdırılıb.

Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam