Rusiyanın daha 10 PUA-sı zərərsizləşdirilib -son sutkada
Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın İran istehsallı 10 “Shahed” PUA-sını məhv edib.
Yenixeber.org: Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrindən bildirilib.
Qeyd olunub ki, ötən gecə “Shahed”lərlə Kiyevə hücum olub.
Xatırladaq ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu daha əvvəl İranın Rusiya və Belarusda “Shahed” istehsalına başlayacağını bildirib.