Xorvatiya Ukraynaya minaların təmizlənməsi üçün 1 milyon avro ayırır
Xorvatiya minalardan təmizləmə işləri üçün Ukraynaya 1 milyon avro ayırıb.
Yenixeber.org: Bu barədə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko feysbukda bildirib.
“Xorvatiya Ukraynada humanitar məqsədlə - minatəmizləmə üçün 1 milyon avro ayırıb", - nazir özünün feysbuk səhifəsində yazıb.
Xatırladaq ki, iyulun 25-də Sviridenko bildirib ki, Qərb minalardan təmizləmə işləri aparmaq üçün Ukraynaya 240 milyon dollardan çox vəsait verəcək. Həmin gün ABŞ-nin dövlət katibi Entoni Blinken Ukraynaya 400 milyon dollar məbləğində hərbi yardımın ötürüldüyünü elan edib.
Məlumata görə, yeni paketə təkcə silahlar deyil, həm də minalardan təmizləmə avadanlıqları daxil ola bilər.










AZ
RU