Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Prezident -minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı fərman imzalayıb

Prezident minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı fərman imzalayıb

Sentyabrın 16-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasında minatəmizləmə fəaliyyətinin əlaqələndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Yenixeber.org: Fərmanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində əlaqələndirmə işinin gücləndirilməsi məqsədilə Nazirlər Kabinetinə beynəlxalq humanitar minatəmizləmə standartları nəzərə alınmaqla minatəmizləmə fəaliyyətinə dair tələbləri üç ay müddətində təsdiq etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Bundan başqa, Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin təklifləri əsasında ölkəmizin işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlarından təmizlənməsi sahəsində prioritet təşkil edən ərazilər nəzərə alınmaqla minatəmizləmə üzrə illik planı hər il dekabrın 25-dək təsdiq etmək, məlumat bazasına daxil ediləcək məlumatların növünü, həcmini, daxiledilmə müddətini və qaydasını üç ay müddətində müəyyən etmək, eləcə də bu barədə Azərbaycan Prezidentinə məlumat vermək barədə tapşırıq verilib.

Fərmanda, Nazirlər Kabinetinə bu sənəddə nəzərdə tutulan plana uyğun olaraq, Agentlik və Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti arasında tapşırıqların bölgüsünün həyata keçirilməsi, həmçinin planda nəzərdə tutulmayan hallarda dövlət orqanlarının (qurumlarının) müraciəti əsasında minatəmizləmə işlərinin təşkili, Agentliyin maddi-texniki təminatının gücləndirilməsi üçün tədbirlər görmək, habelə ərazilərin minalardan və hərbi sursatdan təmizlənməsi sahəsində görülmüş işlər barədə mütəmadi olaraq Azərbaycan Prezidentinə məlumat vermək də tapşırılıb.

Dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının, fiziki və hüquqi şəxslərin, habelə xarici ölkələrin müvafiq qurumlarının minatəmizləmə fəaliyyəti üzrə mövcud qüvvə və vasitələri nəzərə alınmaqla ərazilərdə minatəmizləmə fəaliyyətinin hər növbəti il üçün planlaşdırılmasına dair təkliflərini cari il dekabrın 1-dək hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək barədə tapşırıq verilib.

Bundan başqa, müəyyən olunub ki, Agentlik tapşırıqlar bölgüsünə uyğun olaraq əlaqələndirilməni, görülmüş işlərin icrasının monitorinqini və Fərmanda nəzərdə tutulan tələblər əsasında keyfiyyətlə tamamlanmasına nəzarəti həyata keçirsin.

Həmçinin Agentlik minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanlarının şəxsi heyətinin bu Fərmanda nəzərdə tutulan tələblərə uyğun olaraq ixtisasının artırılması ilə bağlı tədbirlər görülməsini təmin etsin.

Eləcə də Agentliyə “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, bu Fərmanda nəzərdə tutulan məlumatlara dair elektron məlumat bazasının dörd ay müddətində formalaşdırılmasını, eləcə də onun fəaliyyətini, məlumatların mütəmadi yenilənməsini və emalını təmin etmək, tapşırıqlar bölgüsünə uyğun olaraq görülmüş işlər barədə mütəmadi olaraq Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Sənəddə, həmçinin müəyyən olunub ki, minatəmizləmə sahəsində fəaliyyət göstərən digər dövlət orqanları minatəmizləmə fəaliyyətini tapşırıqlar bölgüsünə uyğun olaraq öz qüvvə və vasitələri hesabına həyata keçirsinlər, minatəmizləmə fəaliyyətinə cəlb olunmuş şəxsi heyətin işini bu Fərmanda nəzərdə tutulan tələblərə uyğun təşkil etsinlər, tapşırıqlar bölgüsünün icrası, minatəmizləmə fəaliyyəti üzrə qüvvə və vasitələri, eləcə də digər müvafiq məlumatları mütəmadi olaraq Agentliyə verilməsini təmin etsinlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam