Qnşu ölkədə daşqın olub -1 000-dən çox insan zərər çəkib
İranın cənub-şərqində yerləşən və ölkənin ən quraq əyalətlərindən biri hesab edilən Sistan və Bəlucistanda daşqınlar nəticəsində azı 133 nəfər zərər çəkib.
Yenixeber.org: Bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin yerli bölməsinin rəhbəri bildirib.
Daşqınlara Sarbaz çayının daşması səbəb olub. Çayda suyun səviyyəsi 1985-ci ildən ən yüksək həddə çatıb. Nəticədə 80 yaşayış binasını su basıb.
Yerli hakimiyyət orqanları yeni daşqınların olacağı barədə xəbərdarlıq edib.
Sonuncu dəfə iyulun 2-dən 7-dək 1 000-dən çox insan təbii fəlakətdən zərər çəkib.("Tasnim")