Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

BMT:Zəlzələdən sonra Suriyaya 170-ə yaxın yardım missiyası həyata keçirilib

Birləşmiş Millətlər Təşkilatı (BMT) fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdən sonra Suriyanın şimal-qərbinə 170-ə yaxın yardım missiyasının tamamlandığını açıqlayıb.

Yenixeber.org:  Bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında Suriyaya humanitar yardım haqqında məlumat verərkən məlumat verib.

“BMT fevral ayında baş verən zəlzələlərdən bəri Türkiyənin cənubundan Suriyanın şimal-qərbinə 170-ə yaxın sərhəd missiyası həyata keçirib”, - deyə S.Dujarrik bildirib.

Önümüzdəki günlərdə Öncüpınar üzərindən əlavə personal və yük maşınlarının səfərbər ediləcəyinin planlaşdırıldığını ifadə edən S.Dujarrik BMT-nin Suriya rəhbərliyi ilə təmasları davam etdirdiyini də vurğulayıb.

Suriya rəhbərliyi BMT-nin humanitar qurumlarına zəlzələdən zərər çəkmiş 6 bölgəyə yardım çatdırmaq üçün avqustun 13-dək Türkiyə ilə Öncüpınar (Bab Əl Salam) və Çobanbey (Əl Rai) sərhəd-keçid məntəqələri vasitəsilə icazə verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam